Şəhriyar Məmmədyarov ilk oyunda qələbə qazandı
Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
TEREF Teleqraf – a istinadən xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovu üstələyib, Teymur Rəcəbov isə Rauf Məmmədovla sülhə razılaşıb.

Qadınların yarışında isə Gülnar Məmmədova Günay Məmmədzadədən güclü olub, Ülviyyə Fətəliyeva – Gövhər Beydullayeva qarşıdurmasında heç-heçə qeydə alınıb.

Mərhələnin cavab oyunları sabah keçiriləcək. Görüşlər saat 15:00-da start götürəcək.

Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olur

Azərbaycan çempionatı

Yarımfinal mərhələsi

Kişilər

Şəhriyar Məmmədyarov – Misrətdin İskəndərov 1:0

Rauf Məmmədov – Teymur Rəcəbov 0,5:0,5

Qadınlar

Günay Məmmədzadə – Gülnar Məmmədova 0:1

Ülviyyə Fətəliyeva – Gövhər Beydullayeva 0,5:0,5

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
 
 
 

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti