Madonna özündən 38 yaş kiçik sevgilisi ilə nişanlanıb (FOTO)
Məşhur amerikalı müğənni Madonna yeni fotolarında möhtəşəm bir üzüyü nümayiş etdirərək gənc sevgilisi ilə nişanlandığına işarə vurub.

Qaynarinfo xəbər verir ki, 66 yaşlı ulduz "Instagram" səhifəsində bir sıra şəkillər paylaşıb. Şəkillərdə o, övladları və 28 yaşlı amerikalı futbolçu Akim Morris ilə görünüb.

Madonna bu görüntülərdə ailəsi və dostları ilə Yeni il şənliyində restoran mühitində əylənərkən çəkilib. Lakin izləyicilərin diqqətini daha çox başqa bir detal cəlb edib.

Fotolardan birində Madonnanın adsız barmağında böyük bir brilyant üzük görünür. Müğənni əlinin üzüyü daha aydın görsətməsi üçün onu kameraya yaxınlaşdırıb. O, Yeni il ziyafətinə qara rəngli geyimdə qatıldığı üçün qızıl çərçivədəki bu böyük parlaq brilyant üzük çox sayda fotoda diqqəti cəlb edib.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736086473_2.png
Madonna bu barədə ətraflı məlumat verməyib və evlilik planları ilə bağlı dəqiq açıqlama etməyib. Fotoşəkillərin şərh bölməsində isə o, izləyicilərini Yeni il münasibətilə təbrik edib və sevgi və cəsarətli insanlara tost qaldırmağı təklif edib:

"Mən cəhənnəmdə oldum və geri qayıtdım, icazə verin deyim ki, bu möhtəşəm idi! Bu sözləri Yeni il öncəsi Tokioda keçirilən Luyza Burjo sərgisində eşitdim. Bu ifadə sanki məndən alınmışdı. Ana və sənətkar olmaq həm sevinc, həm də əzabdır. Mən başqa cür bir həyat təsəvvür edə bilmirəm. Daha çox sevgi, xoşbəxt uşaqlar, möcüzəvi düşüncə, möhkəm sağlamlıq və əbədi xeyir-dualar üçün. Mən cəsarətli olan hər kəsə minnətdaram və onları alqışlayıram - bu həyatda və digər həyatlarda. 2025-ci ildə mən hər kəsin özü olmağa cəsarət etdiyi üçün qədəh qaldırıram".
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736086517_3.png
Xatırladaq ki, Madonna iki dəfə ailə qurub. Onun ilk əri 1985-1989-cu illərdə evli olduğu aktyor Şon Penn olub. Daha sonra, 2000-ci ildə müğənni Qay Riçi ilə ailə həyatı qurub, onların münasibətləri səkkiz il davam edib.

Madonnanın özündən 38 yaş kiçik futbolçu ilə münasibətləri haqqında ilk dəfə ötən ilin iyul ayında məlumat yayılmışdı. Hətta onların ayrıldığına dair şayiələr yayılmışdı, lakin Madonna özü sevgilisi ilə yeni fotolar paylaşaraq bu məlumatları təkzib etmişdi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736086518_4.png
 
 
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti