Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov Köln şəhərində növbəti konsert verməyə hazırlaşır.
Dia-az.info xəbər verir ki, ifaçının musiqili gecəsi 9 mart tarixində baş tutacaq.
Pop ulduz sevənləri ilə görüşdə sevilən nəğmələrini ifa edəcək.
Seyran ilə yanaşı səhnədə Azərbaycanın məşhur müğənniləri Günay İbrahimli və Çingiz Mustafayev də olacaq.