DİA.AZ Yeniçag.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Çimnaz Sultanova deyib.
“Vicdan haqqı” serialında Larisa obrazı ilə tanındığını deyən aktrisa həmin obrazla həyatdakı Çimnaz arasında heç bir oxşarlıq olmadığını bildirib:
“Larisa səbirli, dözümlü , sevgiyə görə özünü qurban verən bir qadındır. Mən heç vaxt Larisa kimi ola bilmərəm. Məni aldadan şəxsi heç vaxt bağışlamaram. Xəyanət yalnız kişi-qadın münasibətində olmur. Rəfiqələrin arasında da olur. İnsanı bağışladıqca, sən onun əlinə bir silah, fürsət verirsən ki, o gələn dəfə səni öldürsün.
Buna görə də hesab edirəm ki, insanlara güzəşt etmək, onları bağışlamaq olmaz”.