“Mən Zauru, Elgizi, Xoşqədəmi mətbuata ləkə hesab edirəm”
Azərbaycanda yay aylarında istirahət sektorunda qiymətlərin bahalaşmasıyla bağlı şikayətlər intensiv xarakter alır. Vətəndaşlar sosial şəbəkələrdə yazır ki, rayonlardakı bir çox otellərdə yay tətilini keçirmək üçün orta aylıq əməkhaqqı yetərli deyil.

Lakin bir müddət əvvəl tanınmış teleaparıcı Elgiz Əkbər Qəbələdəki vəziyyət barədə açıqlama verərək qiymətlərin heç də deyilən kimi olmadığını iddia etdi. Onun sözlərinə görə, Qəbələdə bütün otellər, istirahət mərkəzləri və fərdi evlər doludur və yer tapmaq demək olar ki, mümkünsüzdür. E.Əkbərin sözlərinə görə, rayonlarda restoranların qiyməti də Bakıdan daha ucuzdur.

DİA.AZ bildirir ki, məsələ ilə bağlı əslən Qələbədən olan Əməkdar jurnalist İttifaq Mirzəbəyli Yenisabah.az-a danışıb. O, vəziyyətin qətiyyən Elgiz Əkbərin dediyi kimi olmadığını bildirib:

"Bu açıqlamanı oxuduqdan sonra hətta sosial şəbəkə hesabımda da bu barədə post paylaşmışdım. Vəziyyət heç də deyildiyi kimi deyil. Qəbələdə turistlərə göstərilən xidmət Tbilisidə göstərilən xidmətdən 20 dəfə bahadır. İki dəfə baha olsaydı, haradasa başa düşmək olardı, amma düz 20 dəfə oradan daha bahadır. Qəbələdəki kanat yolu ilə getmək üçün 20 manat ödəməlisən, Tbilisidəki həmin kanat yolunun gediş haqqı bizim pulla 2 manat 50 qəpikdir. Hər şey Tbilisidəki xidmətdən daha bahadır.

Ümumiyyətlə, mən Elgiz Əkbərin adını belə çəkmək istəmirəm, çünki o, mətbuata, jurnalistikaya, televiziyaya ləkədir. Mən sosial şəbəkə hesabımda paylaşım etdikdə belə qeyd etmişdim ki, "hansısa aparıcı". Əgər başa düşsə, ona başa salmaq istəmişəm ki, Qəbələdəki xidmət çox baha qiymətədir. Bundan artıq heç nə deyə bilmirəm. Mən Elgiz, Zaur, Xoşqədəm kimi adamları mətbuata ləkə hesab edirəm və onlar haqqında heç nə demək istəmirəm".
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti