“Azərbaycanda 5 yaşdan sonra qızlara müştəri axtarırlar” -
“Azərbaycanda 5 yaşdan sonra qızlara müştəri axtarırlar” - Vəziroğludan qalmaqallı sözlər

“Qohum evliliklərinin statistikası azalmayıb, əksinə artıb. Hətta bu hesablama bir az Azərbaycansayağı olub. Çünki insanın nəfsi varsa, özü də qız tərəfi varlı, oğlan tərəfi isə kasıb olanda fikirləşirlər ki, onlar balansı düzəltsinlər, imkanlı qız alsınlar və öz oğulları da adam kimi həyat yaşasın”.
Teref.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu deyib.

O, 2022-ci ildə qeydə alınan nikahların 3,1%-nin qohum nikahları olması faktına münasibət bildirib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci il üzrə yayımladığı hesabatda Azərbaycanda 61.939 nikah qeydə alınıb. Onlardan 1915-i isə qohum evlilikləri olub.
Qeyd edək ki, DSK qohum evlilikləri kimi sadəcə əmi, dayı, xala və bibi uşaqları arasında olan evlilikləri nəzərə alıb.
Öz növbəsində A.Vəziroğlu bildirib:

“Xatırladım ki, Mirzə Fətəli Axundovun özü belə gedib dost-doğma bibisi qızını almışdı. Bu “dəb” həmişə olub. İstəyir filosof, istəyir şair, istəyirsə də jurnalist olsun, sən azərbaycanlısan, şərq adamısan deyə, səndə nəfs var. Bütün o dava-şavalar da buna görə olur.
Baxın, mən demirəm xarici təbliğ edək, amma onlara baxanda görürük ki, belə şey yoxdur. Toyda cəmi 50 qram araq içirlər. Bizdə isə 2 butulkanı “aşırdırlar”. Bu gün xanımlarımız da belədir, kişilərimiz də. Hər şey nəfsin üstündə qurulub. Ona görə də o statistikaya inanmıram”.
“Təkcə Azərbaycanda boşananların sayına baxaq. 10 min adam evlənirsə, 6 mini boşanır. Niyə? Birincisi kasıblıqdırsa, ikincisi qohumlararası münasibətlərdir. Bacı bacı ilə, qardaş qardaşla düşmən olur. Bu da gətirib məhkəmələrə çıxarır. Qızı boşanır, dədəsi mal davası edir, deyir orada mənim bir divanım, çarpayım, bir cüt corabım qalıb. Biz buyuq”, – müsahibimiz qeyd edib.

Jurnalistin fikrincə, maariflənmə təkcə televiziyada, radioda, saytlarda olmamalıdır:
“Maariflənmə evin içindən başlamalıdır. Necə ki uşaq 3 yaşından sonra hər şeyi qanırsa, maariflənmə də buradan başlamalıdır. Hazırda bu dığ-dığalar, zığ-zığalar, kiminsə evini yıxmaq, kimisə ərə vermək və s. bizim iç üzümüzdür. Qız uşağı evdə böyüyür, 5 yaşından sonra ona müştəri axtarmağa başlayırlar ki, görəsən, kimə verim? Təsəvvür edin ki, uşağın beynini ərlə doldururlar. Maariflənmə söhbəti yoxdur. Elm və təhsil naziri Emin Əmrullayev o dəfə dedi ki, Azərbaycanda elmə sərf edilən vaxt çox azdır. Gəlin, görək, evlərdə maariflənmə varmı? Ata uşaqlarını qabağına qoyub nəyisə öyrədirmi? Yoxdur bunlar!”

“Uşaqlar “camaat nə deyər” xatirinə universitetə qəbul olur. Qoy, desinlər ki, filankəsin qızı və oğlu təhsillidir. Mən vaxtında uşaqlarıma demişdim ki, ali təhsil alıb oxuyun ki, hansısa məmur haqqınızı tapdalayıb, sizi aldatmasın, 2x2 4 edir. Bu gün bunu uşaqlarına öyrədənlər yoxdur”, - o, fikirlərini tamamlayıb.
 

Bölmənin digər xəbərləri

31 Yanvar 2025 Müğənnilərin toy qiyməti - Aygün, Röya və Miri Yusif ….-Siyahı
31 Yanvar 2025 15 yaşından sonra atasını görməyən müğənni efirdə kövrəldi – VİDEO
30 Yanvar 2025 Fatimənin Tatlısəslə paylaşdığı FOTOsu təəccübləndirdi
30 Yanvar 2025 Məşhur model metroda çəkiliş üçün özünü lentlə örtüb
29 Yanvar 2025 “YouTube“dan ən çox pul qazanan azərbaycanlı müğənnilər - SİYAHI
29 Yanvar 2025 Nəfəs efirdə canlı oxuya bilmədi – Video
28 Yanvar 2025 “O hadisə yanımda olsaydı, dəli olmuşdum” - VİDEO
28 Yanvar 2025 Cennifer Eniston Barak Obama ilə eşq şayiələrinə cavab verdi
27 Yanvar 2025 Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO
27 Yanvar 2025 “Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım”
27 Yanvar 2025 Plastik əməliyyatı uğursuz alındı
26 Yanvar 2025 Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən gündəm oldu - uşağımın atası...
26 Yanvar 2025 Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
25 Yanvar 2025 "Bizdə dədə-babadan adətdir, özündən alıb, özünə gedirlər"
25 Yanvar 2025 Azadlığa buraxılan tiktoker yenidən SAXLANILDI
24 Yanvar 2025 Xatirənin sirrini açıqladı
24 Yanvar 2025 Aygün Kazımova nəyi etiraf edəcək? - VİDEO
24 Yanvar 2025 Əməkdar artistin səhər efirinə geyimi tənqid edildi - VİDEO
24 Yanvar 2025 Çimnazın arxasınca danışan rejissoru biabır etdi: Aktyorların haqqını yeyən şərəfsiz şərəfdən danışır
23 Yanvar 2025 Aysun İsmayılova vəkil ərindən də boşanır

Dünyapress TV

Xəbər lenti