Ardını oxu...
“Bu, səviyəsizcəsinə başqa ölkənin təbliğatını aparmaq üçün irəli atılan addımdır”.

Bunu Yenisabah.az-a açıqlamasında milli məclisin deputatı Fazil Mustafa deyib. O, Azərbaycan meyxanaçısı Elşən Xəzərin dini məclisdə söylədiyi qəzəldə “sinə vuranlar idi səngərdə duranlar, azad etdi torpağı qüdrətli Hüseynçilər” ifadəsinə münasibət bildirib.
Ətraflı

Qeyd edək ki, bəzi müşahidəçilər Elşən Xəzərin bu ifadələri orduda parçalanma yaratmaq niyyəti ilə işlətdiyini iddia edirlər.

Deputat bildirib ki, “həmin qüvvələr 30 il qabaq ermənilərə dəstək olub Qarabağın işğalına imkan verməsəydi, hazırda bizim 2700-dən çox mərd oğlumuz şəhid olmazdı”.

Fazil Mustafanın sözlərinə görə, Qarabağı Azərbaycan xalqı – xristianı, müsəlmanı, yəhudisi ilə din ayrı-seçkiliyi etmədən, türkü, talışı, tatı ilə isə xalq ayrı-seçkiliyi etmədən azad etdi: “Əgər hansısa məzhəb duyğusu ilə bu döyüşə girsəydik, gərək gedib ermənilərə dəstək verərdik. Çünki ermənilərə kimin dəstək verdiyi bəllidir. Qarabağda hər bir kəs Azərbaycanı qorumaq duyğusu ilə savaşdı.
Onların etdiyi bu hərəkət hayassızcasına hər bir Azərbaycan vətəndaşının öz vətənini azad etmə savaşına kölgə düşürməkdir.

Heç bir şəkildə Azərbaycan vətəndaşı hansısa məzhəbə görə, hansısa dini düşüncəyə görə Qarabağı azad etməyib. Azərbaycan vətəndaşı olmağı ilə qürur və şərəf hiss duyduğuna görə bu döyüşdə iştirak edib”.

Fazil Mustafa “Qarabağın azad olunmasında bütün Azərbaycan xalqlarının əməyi var” deyərək meyxanaçıya ritorik suallar ünvanlayıb:

“Yəhudi Albert Aqarunov və ya rus əsilli Denis Əliyev belə çıxır ki Hüseynçi idi?

Sadəcə deyə bilərəm ki, bu absurd bir təbliğat vasitəsidir və nadan, cahil, geridə qalmış, cəhalətdə olan bəzi kütlə insanlarını itaətdə saxlamaq üçün belə bir ədəbsiz üslub seçiblər və Azərbaycanı parçalamaq istəyirlər.

Azərbaycanın 44 günlük müharibədə qanı ilə azad etdiyi torpaqları mərd oğullar vətəndaş olaraq bu torpağa sahib çıxdığına görə xilas edib. Və heç kəs bu əzmi hansısa qrupun adına yaza bilməz.
Onların dediyi bu dəstə Böyük Britaniyada Azərbaycan səfirliyinə hücum edib bayrağımızı endirdi. Gedib erməni bayrağını endirərdilər də, niyə Azərbaycan bayrağın endirdilər?

Digər bir tərəfdən isə Azərbaycana 44 günlük müharibədə dəstək verən İsrail də Hüseynçi idi? Türkiyə də Hüseynçi idi? Pakistan da Hüseynçi idi?”.

Müsahibimiz bildirib ki, Azərbaycan xalqı öz dininə, adət-ənənələrinə hörmət edən xalqdır: “Azərbaycanda hər kəs öz dini seçimində azaddır. Bizim üçün şiə də, sünni də müsəlmandır və hər biri tək bir ad altında – müsəlman adı altında birləşir. İki yerə bölməyə, qruplaşma yaratmağa çalışanlar isə ya nadanlıqdan bunu edir, ya da həmin şəxs başqa ölkənin maşasıdır.

Biz hər birimiz müsəlmanıq, hər birimizin müsəlman məscidi var və hər birimiz – sünni, şiə fərq etmədən burada ibadət edirik. Azərbaycan Məhəmməd peyğəmbərin buyurduğu əsl müsəlmançılığı yaşayan ölkədir. Meyxanaçı, arabaçı və yaxud dələduz adı ilə Azərbaycanı heç kəs bölə bilməyəcək. Çünki Azərbaycan xalqı 44 günlük müharibədən sonra bildi ki, bizim düşmənimiz kimdir, dostumuz kimdir”.
 
Ardını oxu...
Xalq artisti Bilal Əliyev son günlər gündəm olan “Tik-Tok” videolarına görə haqqında danışılanlara münasibət bildirib.

DİA.AZ xəbər verir ki, B.Əliyev Pravda.az-a müsahibəsində əvvəlcə “Tik-Tok”da izləyicisini təhqir etməsinə aydınlıq gətirib:

“Çıxışımdan hiss olunur ki, kimsə papağımı söyür. Bir nəfər zəng vurdu, dedi ki, bu papaq haradan alınıb? Doğrudan da, Azərbaycanda olmayan papaqdır. İngiltərədən gəlmiş “kepka”dır. Mədəni şəkildə deyəcəyəm, başqa bir adam da “Tik-Tok”da yazdı ki, “sənin “kepka”nı “tık-tık-tık”...” Ayıb deyil? Belə insanları gərək birdəfəlik şəbəkədən siləsən. Axı düzgün yazmırlar. Hərə nə istəyir, onu yazır. Gərək insanlar bütün sosial şəbəkələrə şəxsiyyət vəsiqələri ilə girsinlər. Onda heç kim qorxusundan təhqir yaza bilməz. Sosial şəbəkələrin hamısından istifadə edirəm. Orada dostlarımızla, bütün dünya ilə əlaqə qururuq. Əgər “Tik-Tok”, “Facebook”, “İnstagram”, “Twitter” kimi şəbəkələr varsa, o demək deyil ki, insanlar bir-birilərini söyməlidirlər. Bu şəbəkələr onun üçün yaradılıb ki, insanların əli bir-birinə tez çatsın, sözlərini deyə bilsinlər. Ağıllı insanlar məsləhətlər verə bilsinlər. Ümumiyyətlə, yaxşı şeylərin təbliğatı getməlidir. Durub söyüş söymək nəyə lazımdır? Girib gündəlik hadisələrə, məlumatlara baxmaq üçün nə vaxt “Tik-Tok”u açıram, görürəm, elə oradakı bütün tanınmış insanlar hamısı şikayət edirlər ki, səhifəmizdə “comment” yazıb, söyürlər. Ay balam, nəyinə lazımdır sənin “comment” yazıb onu söymək? Nədir sənin marağın? Gör nə qədər qanacaqsız insandır ki... Həvəsə bax insanda. İnsanda tərbiyəsizliyə, qurdluluğa bax ki, gedib ailəsinin namusunu, qeyrətini çəkmir, bir tikə qazanıb ailəsini dolandırmır, “Tik-Tok”da ora-bura girir, söyüş, təhqir yazır. Bir qrup insan var ki yalnız neqativ axtarır. Tutaq ki, kimsə başdan-ayağa qüsur içərisindədir. Onu o cür Allah yaradıb. Deyirlər ki, ayağı yoxdur, gözü yoxdur, nə bilim, eybəcərdir. Allah yardadıb, sən yaratmısan onu, yoxsa mən? Sizi də, məni də, bütün doğmalarımızı, hər şeyi yaradan var, yaradan Allahdır. Hünərin çatırsa, Allahla danış, Allahdan öyrən ki, niyə onu yaradıb?”

Əməkdar artist “Tik-Tok”da “Maybach” adlı izləyicisinə “may bacı” dediyi üçün gülüş hədəfinə çevrilməsinə də münasibət bildirib: “Yazanda adı düzgün yazmayıblar da... Yaşıma görə ola bilər ki, gözüm düzgün görməz. Sonra həmin istifadəçi bizim əlifba hərfləri ilə orada yazdı ki, “maybak”. “Maybak” yazandan sonra mən də dedim ki, “I am sorry, Maybak...””
Ardını oxu...
Röya Ayxanın avqustun 5-dəki "Dalğa Biç"dəki (Mərdəkan) konserti müzakirələrə səbəb olub.

Konsertin şəhid xəbərləri ilə eyni günə təsadüf etməsi və təxirə salınmaması cəmiyyəti hiddətləndirib. DİA.AZ xəbər verir ki, yenisabah.az-a açıqlamasında Röya Ayxanın prodüseri Kənan Bayramov bildirib:

“Mənim Röya Ayxanın yerinə fikir söyləmək ixtiyarım var. Onunla bu barədə danışmışıq. Rəy bildirmək istəmədiyini deyib. Balaca bir şeyi şişirdib özlərini reklam eləmək istəyənlərə fikir vermək lazım deyil”.

Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və AzTV təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin avqustun 5-də Şuşada baş tutmalı olan “Qala” konserti məhz Azərbaycan Ordusunun avqustun 3-də və 5-də şəhid verməsinə ehtiram əlaməti olaraq təxirə salınıb.
Ardını oxu...
Məşhur “Bi-2” rok qrupunun musiqiçiləri Rusiyanı tərk ediblər.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Səbəb qrupun siyasi mövqeyidir. Məlum olub ki, sənətçilər gizli şəkildə Rusiyanı tərk ediblər”, – məlumatda bildirilib.

Musiqiçilərin hansı ölkəyə getdiyi hələlik məlum deyil.
pressklub
 
Ardını oxu...
"İctimai TV üzr istəyib. Bəs sosial şəbəkədə onlar səhvən yerləşdiriblər ki, guya Xameneinin sarayının sütunundan asılan rənglər səfirliyimizə hücumdan sonra Azərbaycana dəstək mahiyyətindədir. Az sonra jurnalistlər bunu aşkar edib və aydınlaşdırıblar ki, bu rənglər əvvəlcədən varmış. Təbii ki, səhvə görə üzr istəmək ərdəmli davranışdır. Ancaq bu cür informasıyanın dövlət üçün mötəbər olan bir televisiyanın saytında yerləşdirilməsi məqsədyönlü də ola bilər".

AMİA.AZ xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.
"Təbii ki, televziya rəhbərliyinin iradəsindən xaric bunu etdirə bilərlər. Orada uzun illərdir çalışan bir köstəbəyi mən tanıyıram, hara desən, işləyər. Hər halda araşdırmaq lazımdır" - F.Mustafa qeyd edib.
 
 
 
Ardını oxu...
Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy atasına mahnı həsr edib.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçinin oğlu səs yazma studiyasında “Ata” adlı nəğməsini lentə alıb.

Atabəy sözügedən mahnını sənətkarın verilişlərdəki çıxışlarından yer alan görüntülərlə klip halına gətirərək, sosial şəbəkə hesabında paylaşıb.

Mərhum sənətkarın bir çox həmkarları Atabəyə dəstək olub, ifasını “Instagram” səhifələrində yayımlayıblar. Qeyd edək ki, ötən ilin sentyabr ayında koronavirusa yoluxan S.Əlizadə Mərkəzi Gömrük Hospitalında xəstəxanaya yerləşdirilmişdi.

63 yaşlı müğənni süni tənəffüs aparatına qoşulsa da, ağciyərinin 80 faizinin buzlaşması səbəbi ilə onun həyatını xilas etmək mümkün olmamışdı.


Ardını oxu...
 
 

 
Müğənni Nigar Qasımzadənin həmkarı Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətinə baxılıb.

 

Avqustun 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 8 ay 20 gün müddətə islah işləri cəzası təyin edilib. Dəniz Əsədovaya hökm elan edilərkən onun üzərində müğənni-bəstəkar Cabbar Musayevin şikayəti əsasında təyin edilmiş hökmlə toplanmaq qaydası tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl Cabbar Musayev Dəniz Əsədovadan məhkəməyə şikayət edib. Həmin vaxt 33 yaşlı D.Əsədovaya 6 ay islah işləri cəzası verilib.

Məhkəmədə isə məlum olub ki, D.Əsədova Cabbar Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində Cabbar Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib: “Onlarla “İlkin Music” səsyazma studiyasında tanış olmuşam. Həmin studiyada 13 500 manat verərək çalışmışam və 1500 manatı isə Cabbar Musayevə müəllim kimi məni öyrətməsi müqabilində vermişəm. Bir gün C. Musayev gəlib mənə Nigar Qasımzadənin həyatında qadın olduğunu və qısqanclıqla bağlı münaqişələr yaşandığı üçün N.Qasımzadənin də mənlə birgə studiyada oturacağını dedi. Onun bizlə oturmasına razı oldum və ilk dərsdən etibarən Musayevin halının dəyişdiyini hiss etdim. İlkin də sonra mənə Nigarın qısqanc olduğunu bildirdi. Dərslər hər dəfə təxirə salınırdı, tez-tez dərs vaxtı fasilələr verilirdi. Aranjeman işim İlkində olduğu üçün ona pul vermişdim və studiyada rahat çalışmaq istəyirdim. Üçüncü dəfə Cabbar Musayevə belə davam etməyəcəyini, bu kimi qısqanclıqları özümə yaraşdırmadığımı bildirdim. C.Musayev daha belə neqativ halların olmayacağına, Nigarın mənimlə eyni otaqda oturmayacağına vəd verdi. Lakin yenə bu hallar davam etdi, nəhayət 4-cü dərsdə, may ayında qısa don geyindiyim üçün Nigarın mənə “düz otur” deməsi məni özümdən çıxardı. Həmin vaxt Cabbar Musayevə bir daha Nigarı görmək istəmədiyimi bildirdim, İlkinə isə belə hallar təkrarlanarsa, ödədiyim pulları geri tələb edəcəyimi dedim”.

Bundan sonra Nigar və Dəniz arasında münasibətlər kəskinləşib və onlar sosial şəbəkədə bir-birilərinin ünvanına sərt təhqir və ittihamlar səsləndirməyə başlayıblar.

Daha əvvəl Cabbar Muayev, sonra isə Nigar Qasımzadə Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Məhkəmədə D.Əsədovanın həmkarları barəsində səsləndirdiyi təhqir və söyüşlər əsas götürülüb. Bildirilib ki, o, “TikTok” sosial şəbəkəsində canlı yayım vaxtı həmin ifadələri səsləndirərkən videoqeydiyyat proqramı vasitəsilə qeyd aparılıb.

Müğənni Dəniz Əsədovaya cəza təyin edilərkən onun himayəsində iki azyaşlı uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınıb.

 

XalqXeber.Az
Ardını oxu...
Amerikalı müğənni və aktrisa Selena Qomez italiyalı prodüser Andrea Yervolino ilə görüntülənib.

30 yaşlı ifaçı 34 yaşlı kinoprodüserlə yaxtada istirahət edir. Cütlük gəmilə gəzintidən həzz alır və yuxarı göyərtədə günəş vannası qəbul edir.

Qeyd edək ki, Qomez və Yervolino 2016-cı ildə “And They Lost The Fight” filminin çəkilişlərində tanış olublar.
Ardını oxu...

Mənbə: gazeta.ru
 
 
 
Ardını oxu...
“Avqustun 2-si məhkəmə oldu. Amma həkim növbəti dəfə hamiləliyimlə əlaqədar təyyarəyə minməyə icazə vermədiyi üçün Bakıya gələ bilmədim. Yoxsa özüm məhkəmədə iştirak etmək üçün gələcəkdim”.

DİA.AZ xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında məşhur müğənni Afət Fərmanqızı onun şikayəti əsasında Xalq artisti Flora Kərimova ilə olan məhkəməsindən danışarkən deyib. Müğənni Flora Kərimovanın məhkəməyə getdiyini bildirib:

“Məndə olan məlumata görə, qarşı tərəf məhkəməyə gedib. Çünki jurnalist Ülviyyə Alovlu da Floranı məhkəməyə verib. Bizim məhkəmələrimiz ardıcıl salınmışdı. Flora da hər iki prosesdə iştirak etmək üçün məhkəməyə gedib. Məhkəmə 8 avqust tarixinə təxirə salınıb. Ayın 8-i həkim təyyarəyə minməyə icazə versə, özüm də məhkəmədə iştirak etmək üçün Azərbaycana gedəcəyəm. Əks təqdirdə, vəkilim məhkəmədə iştirak edəcək”.

O, Xalq artisti ilə barışmayacağını söyləyib:

“Biz dalaşmamışıq ki, barışaq. O, mənə söz ataraq sataşıb və təhqir edib. Təhqirlərini yığıb məhkəməyə vermişəm. Həmin təhqirləri mən özüm səhifəmdə yayımlamıram, çünki dilə gətiriləsi ifadələr deyil. Mən tərəfdən qətiyyən barışıq ola bilməz. Çünki dalaşan mən deyiləm, odur”.
 
Ardını oxu...
Müğənni Nigar Camal növbəti dəfə çimərlik geyimində paylaşdığı video ilə gündəmə gəlib.

Teref.az axşam.az-a istinadən bildirir ki, ifaçının instaqramda paylaşdığı görüntülərdə hovuzda çimdiyi əks olunub. O, daha sonra tənqidlərə görə görüntüləri hesabından silib.

Qeyd edək ki, Nigar dəfələrlə bu tip geyimdə paylaşdığı görüntülərə görə tənqid olunub.

 
 
 

Dünyapress TV

Xəbər lenti