Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi başlayıb.

Teref.az-ın Trend.az-a istinadən məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra Cavanşir Məmmədovun vəkili vəsatət qaldıraraq bildirib ki, təqsirləndirilən şəxs mediaya məlumat verməklə Cavanşir Məmmədova təzyiq edir. Vəkil, həmçinin Mustafa İbilinin polis nəzarətində olması qəti imkan tədbirinin həbslə əvəz olunmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxs Mustafa İbili ifadə verib.

O, ifadəsində bildirib ki, Xatirə Məmmədova ilə 2018-ci ildə “Facebook” vasitəsilə tanış olub və evlənmək üçün Bakıya gəlib:

“Bakıya gəldikdən sonra özümlə gətirdiyim 60 min dolları Xatirə ilə xərclədim. Lakin onunla evlənmədik. 200 min dollara qədər pulumu xərclədi. Qardaşıma aid 135 min dollar da həmin pula daxil idi. 3 il yarım dolandıraraq pulu xərclədilər. 3 il yarım ərzində mən Cavanşir Məmmədovun evində gizli yaşamışam. Evin qarşısında ayda 500 manat verib kirayə qalsam da, axşamlar Cavanşir Məmmədovun evində yaşamışam. Heç kimdən pul istəməmişəm. Xatirə Məmmədova atasından aldığı pulu mənim adıma olan bank hesabına yatırdı. İddia edirlər ki, mənə 140 min dollardan çox pul veriblər. Yalandır. Mənə pul verilməyib. Sadəcə, hesabıma yatırılıb. Bu da heç 100 min dolar etmirdi. Bank çıxarışı ilə razı deyiləm. Təkrar yoxlanılmasını istəyirəm. İddia etdiklərindən az pul yatırıblar. Hesabdakı pulun bir qisminə birjadan səhm aldım. Digər qismini də Xatirə Məmmədovanın israrı ilə çıxarılıb və özünə verilib”.

Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib.

Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar alıb və geri qaytarmayıb. M.İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
 
Ardını oxu...
Şair Nazilə Səfərli Bakıda yerləşən “Louvre Plaza” şadlıq sarayından şikayətçidir.

Teref.az xəbər verir ki, bu barədə o, instaqramda videopaylaşım edib.

Səfərli təmənnasız şəkildə oktyabrın 4-ü qazinin qızının xınasını təşkil etmək istədiyini, lakin məclisin keçiriləcəyi məkanın rəhbərliyi hər hansı xına şirkətinin zala girişinə icazə vermədiyini bildirib: “Qızın anası rəhmətə gedib, atası isə qazidir. Atasının özəl arzusudur ki, mən həmin məclisdə iştirak edim. Qazi bu gün mənə zəng edib deyir ki, “Nazilə xanım, mən qızımın xeyir işində sizi görmək istəyirəm, ancaq bunlar icazə vermir. Mən də kasıb adamam, sözüm keçmir”… Ay camaat, qazinin balasının toyuna getmək istəyirəm. Məkan qıraqdan heç bir xına şirkətinin girişinə icazə vermir. Onun arzusudur… Mən qazinin balasının, anasız qızının başına sığal çəkməyə gəlirəm, nə istəyirsiniz? Niyə belə edirsiniz? İnsanların arzusunu niyə gözüdə qoyursunuz? Gəlib o anasız qızın nazını çəksək nə olar?”.

Məsələ ilə bağlı sözügedən şadlıq sarayı ilə əlaqə saxladıq. “Louvre Plaza”dan saytımıza bildirildi ki, şairin dedikləri həqiqəti əks etdirmir: “Bizdə xına havayıdır, restoran tərəfindən hədiyyə olunur. Nazilə Səfərli isə həmin ailədən 500 manat istəyib. Ona görə də qızın atası pulsuz olanı seçib”.

Qazi isə bu mövzu ilə bağlı danışmaq istəyib: “İcazə vermirlərsə, dava edən deyiləm ki. Allah hamının canını sağ eləsin”. (qafqazinfo)
 
 
 
Ardını oxu...
Məşhur model və aktrisa Paris Hilton itmiş itini tapmaq üçün gündə 11 min dollar xərcləyir.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, o, 6 yaşlı, "Diamond Baby" adlı itini tapmaq məqsədilə çoxlu sayda dron kirayələyib. 41 yaşlı məşhurun, həmçinin ekstrasenslərdən və ev heyvanları detektivlərindən də kömək aldığı danışılır.
Bildirilir ki, bu Hollivudun indiyə qədər gördüyü ən böyük it axtarış əməliyyatıdır.
P.Hilton itini tapan şəxsə sorğusuz-sualsız 10 min dollar verəcəyini də açıqlayıb.
Ardını oxu...
 
Ardını oxu...
Müğənni Nura Suri müzakirə obyektinə çevrilən ictimai nəqliyyatlarda qiymət artımına etiraz edib.
İfaçı şirkətlərin artımla bağlı müraciətindən sonra fikirlərini sosial media hesabından bölüşüb.
“Tarif Şurası elə bil Marsda yaşayır. Nə qədər artım olar? İctimai nəqliyyatın qiymətini qaldırmaq mövzusu atılıb gündəmə”, deyən Suri düşüncələrini bu cür davam etdirib:

“İctimai nəqliyyatdan varlılar istifadə etmir. Kasıbları öldürməyin başqa yollarını axtarın”.
 
 
 
Ardını oxu...
Bakıda gecə saatlarında “Bakkumusichall” restoranına bir qrup şəxs hücum edib.

Bu haqda “Yeni Sabah”a zərərçəkmiş, restoranın sahibi Vüsal Rəhimov məlumat verib.

O bildirib ki, 09.09.2022-ci il tarixində gecə saatlarında meyxanaçı Aqşin Fatehin və onun şəriki İlqar Abdullayevin adamları kriminal aləmə məxsus olan şəxslərlə restorana basqın ediblər.

V.Rəhimov bildirib ki, həmin qrup öncə restoranın qarşısında dava salıb, sonra birinci mərtəbəyə enərək mühafizə əməkdaşını, işçiləri döyüblər.

Hadisə yerinə polis çağırılıb, basqında iştirak edənlər hadisə yerindən qaçmağa nail ola biliblər.

Vüsal Rəhimov bildirib ki, bir müddət əvvəl – 15.04.2022-ci il tarixində də eyni qaydada restorana basqın edilmişdi. Bu faktla bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində cinayət işinin istintaqı aparılır.

Restoran sahibi baş vermiş hadisə ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Qeyd edək ki, əvvəllər sözügedən restoranı A.Fatehlə V.Rəhimov şərik olaraq idarə ediblər. Sonradan meyxanaçı ilə müqavilə ləğv olunub.

 
 
 
Ardını oxu...
Üzeyir Hacıbəyov kimi dahi, unikal şəxsiyyətlə təşəkkül tapan musiqimiz daha sonra Qara Qarayevlər, Fikrət Əmirovlar, Vaqif Mustafazadələr və neçə-neçə sadalamaqla bitirə bilməyəcəyimiz böyük şəxsiyyətlər sayəsində özünə zirvədə yer tapdı. Lakin hazırki dönəmdə musiqimizdə yaranan və getdikcə də artan bayağılaşma tendensiyası hər birimizi düşünməyə vadar edir.

Bununla əlaqədar akademik musiqi təhsili alan, bir çox populyar və keyifyyətli mahnıların müəllifi, Türkiyədə çəkilən bir neçə filmin musiqisini bəstələmiş Ruhin İsmayılovla həmsöhbət olduq. Müsahibimizlə musiqimizin keçmişdən bu günə necə dəyişdiyini, hazırkı vəziyyətini öyrəndik və həll yollarını axtardıq...

Ətraflı videomüsahibədə:



qaynarinfo.az
 
 
Ardını oxu...
Aparıcı Rəqsanə İmir hücuma məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabına müraciət yerləşdirib.

O, bildirib ki, avtomobilini park edən zaman Hüseynova Fatimə adlı qadın tərəfindən təhqir olunub və hücuma məruz qalıb.

Aparıcı əlavə edib ki, qadın ona fiziki zor da tətbiq edib və bununla bağlı polisə müraciət edib.

 
Ardını oxu...
Müğənni Şəbnəm Tovuzlu xarici ölkədə iştirak etdiyi tədbirə görə son günlər tənqid olunur.

DİA.AZ lent.az-a istinadla xəbər verir ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olmasını səbəb göstərərək, onun İsraildə tədbirə qatılmasına etiraz olunub. Xaricdə yaşayan azərbaycanlılar ifaçıdan şəhidlərimizə hörmət etməsini istəyiblər.

O isə "Instagram" hesabında bütün etirazlara belə cavab verib:

"Şəhidimizə hörmətlə yanaşdıq. Orada yeyib-içmək, oynamaq olmayıb. Dövlət tədbiridir. Bir şəhid mahnımız oxundu, bu qədər".

Qeyd edək ki, Şəbnəm Tovuzlu İsraildədir və dünən orada konsert verib.

Ardını oxu...
 

Ardını oxu...
“Elə müğənnilər var ki, onların səsi oxumaq səsi deyil. Yadımdadır ki, Firudin Şuşinskinin bir kitabı çıxmışdı. Bir sənətkar haqda yazmışdı ki, “onun oxumağından qadın iyi gəlir”. Kişinin kişi səsi olar, kişi kişi kimi oxumalıdır. Kişi bass, bariton və tenorda oxumalıdır. İndiki səslər hamısı bir-birinin təkrarıdır. Ona görə də heç birini ayırd etmək olmur, bir-birinə oxşayır. Rəşid Behbudovun, Bülbülün səsi 100 səsin içindən seçilir”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Zaur Rzayev deyib. O daha sonra əlavə edib.

“Bu gün Mirələm, Ehtiram, Təyyarın oxumağına qulaq asıram. Onların səsləri gözəldir. Bəzi səslər var ki, insanların zövqünü korlayır. Gözəl səsləri də kölgədə qoyur. Bəzən yutub sosial şəbəkəsinə baxıram. Görürəm ki, Rəşid Behbudovun mahnısı 1 milyon, oradakı uşaqın mahnısı 100 milyon baxış toplayıb. Bunun özü böyük bir fəlakətdir. Müğənnilərin nəinki səsləri, geyimləri də kasaddır. Saqqal saxlayır, gözünə eynək taxır və tanınmaq istəyir. O eynəkdə səni axı kim tanıyar?! İndi oxumaq üçün səhnəyə çıxmırlar ki. Fikirləşirlər ki, qoy məni görüb tanısınlar, ora-bura çağırsınlar, geyimlərini göstərirlər. Çünki sənət yoxdur, səs yoxdur! Bəzi müğənnilər də efirlə yas mərasimlərini səhv salıblar. Yas mərasimlərində oxuduqlarını efirdə oxuyurlar” deyə sənətkar bildirib.

Zaur Rzayev daha sonra 20 ildən artıq çalışdığı “Zabitlər evi”-ndəki fəaliyyətindən danışıb.

“22 il sərasər dayanmadan, qüsursuz orada çalışmışam. O vaxtı təşəbbüs irəli sürdüm ki, cəbhəyə konsertlərə gedək. Bir çox torpaqlarda olmuşuq. Avobusu ərzaqla doldurub gedirdik. O vaxt ordumuz da natamam idi, amma buna baxmayaraq vətənpərvər oğullarımız çox idi. Sonra mənə dedilər ki, gəl elə Zabitlər evində işlə. 1994-cü ildən Müdafiə Nazirliyinin Mahnı və Rəqs Ansamblına qəbul oldum. Ayda bir dəfə bir böyük sənətkarı həbçilərlə görüşdürürdüm, görüş keçirirdim, onları hərbi hissələrə aparırdım” deyə sənətkar bildirib.
0
 
 

Dünyapress TV

Xəbər lenti