"Çıxışımdan hiss olunur ki, kimsə papağımı söyür"
Xalq artisti Bilal Əliyev son günlər gündəm olan “Tik-Tok” videolarına görə haqqında danışılanlara münasibət bildirib.

DİA.AZ xəbər verir ki, B.Əliyev Pravda.az-a müsahibəsində əvvəlcə “Tik-Tok”da izləyicisini təhqir etməsinə aydınlıq gətirib:

“Çıxışımdan hiss olunur ki, kimsə papağımı söyür. Bir nəfər zəng vurdu, dedi ki, bu papaq haradan alınıb? Doğrudan da, Azərbaycanda olmayan papaqdır. İngiltərədən gəlmiş “kepka”dır. Mədəni şəkildə deyəcəyəm, başqa bir adam da “Tik-Tok”da yazdı ki, “sənin “kepka”nı “tık-tık-tık”...” Ayıb deyil? Belə insanları gərək birdəfəlik şəbəkədən siləsən. Axı düzgün yazmırlar. Hərə nə istəyir, onu yazır. Gərək insanlar bütün sosial şəbəkələrə şəxsiyyət vəsiqələri ilə girsinlər. Onda heç kim qorxusundan təhqir yaza bilməz. Sosial şəbəkələrin hamısından istifadə edirəm. Orada dostlarımızla, bütün dünya ilə əlaqə qururuq. Əgər “Tik-Tok”, “Facebook”, “İnstagram”, “Twitter” kimi şəbəkələr varsa, o demək deyil ki, insanlar bir-birilərini söyməlidirlər. Bu şəbəkələr onun üçün yaradılıb ki, insanların əli bir-birinə tez çatsın, sözlərini deyə bilsinlər. Ağıllı insanlar məsləhətlər verə bilsinlər. Ümumiyyətlə, yaxşı şeylərin təbliğatı getməlidir. Durub söyüş söymək nəyə lazımdır? Girib gündəlik hadisələrə, məlumatlara baxmaq üçün nə vaxt “Tik-Tok”u açıram, görürəm, elə oradakı bütün tanınmış insanlar hamısı şikayət edirlər ki, səhifəmizdə “comment” yazıb, söyürlər. Ay balam, nəyinə lazımdır sənin “comment” yazıb onu söymək? Nədir sənin marağın? Gör nə qədər qanacaqsız insandır ki... Həvəsə bax insanda. İnsanda tərbiyəsizliyə, qurdluluğa bax ki, gedib ailəsinin namusunu, qeyrətini çəkmir, bir tikə qazanıb ailəsini dolandırmır, “Tik-Tok”da ora-bura girir, söyüş, təhqir yazır. Bir qrup insan var ki yalnız neqativ axtarır. Tutaq ki, kimsə başdan-ayağa qüsur içərisindədir. Onu o cür Allah yaradıb. Deyirlər ki, ayağı yoxdur, gözü yoxdur, nə bilim, eybəcərdir. Allah yardadıb, sən yaratmısan onu, yoxsa mən? Sizi də, məni də, bütün doğmalarımızı, hər şeyi yaradan var, yaradan Allahdır. Hünərin çatırsa, Allahla danış, Allahdan öyrən ki, niyə onu yaradıb?”

Əməkdar artist “Tik-Tok”da “Maybach” adlı izləyicisinə “may bacı” dediyi üçün gülüş hədəfinə çevrilməsinə də münasibət bildirib: “Yazanda adı düzgün yazmayıblar da... Yaşıma görə ola bilər ki, gözüm düzgün görməz. Sonra həmin istifadəçi bizim əlifba hərfləri ilə orada yazdı ki, “maybak”. “Maybak” yazandan sonra mən də dedim ki, “I am sorry, Maybak...””

Bölmənin digər xəbərləri

28 Fevral 2025 Azərbaycanlı blogerin Rusiya vətəndaşlığı ləğv edildi, ölkəyə girişi 70 illiyinə yasaqlandı
28 Fevral 2025 Danla Bilicdən ayrılmağını belə qeyd etdi - FOTO
28 Fevral 2025 Röya idman zalında belə məşq etdi - VİDEO
27 Fevral 2025 “Sevgilim yazıb mahnını” - Əməkdar artistdən qınaq
27 Fevral 2025 Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi
27 Fevral 2025 Aygün Kazımova ilə Röya aparıcının toyunda dava edib - VİDEO
27 Fevral 2025 "Oğlum açıq-saçıq geyinməyimə icazə verir, məni Beyonsa, Lopezə oxşadırlar"
26 Fevral 2025 Xuraman həyat yoldaşından gileyləndi - FOTO
25 Fevral 2025 "Camaat niyə belə vəhşiləşib, bilmirəm..." - VİDEO
25 Fevral 2025 "Sağımı, solumu itirirdim"
25 Fevral 2025 “Onlar mənim yenidən kökəlməyimi istəyirlər” - Xatun
24 Fevral 2025 “İçimdə paxıllıq hissi var idi ki, o, mənim olmalıydı”
24 Fevral 2025 “Bu Şəhərdə” baş verən "dava" ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
24 Fevral 2025 “Sən bilməzsən eşq nədir, Namiq” — VİDEO
24 Fevral 2025 Tanınmış müğənni ölümlə təhdid edildi - FOTO
23 Fevral 2025 Azərbaycanlı müğənni dilindən düşməyən ƏRİ İLƏ - VİDEO
23 Fevral 2025 Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
22 Fevral 2025 Günay ad gününü sevgilisi ilə keçirdi - VİDEO
21 Fevral 2025 “Mədəniyyət Nazirliyi mənimlə maraqlanmır” – 90 yaşlı xalq artisti
20 Fevral 2025 Azərbaycanlı məşhur müğənni keçmiş prokurorun oğlu ilə həbsxanada GÖRÜŞÜRMÜŞ

Dünyapress TV

Xəbər lenti