“Rusiyalıların təxminən 30 faizi 2023-cü ildə inflyasiya və qiymət artımından qorxur”.
“AzPolitika.info” xəbər verir ki, VSK Sığorta Evi və NAFI Analitik Mərkəzinin keçirdiyi sorğu zamanı bu nəticəyə gəlinib. Respondentlərin 27 faizi gəlirlərinin azalmasından, eyni sayda adam isə ciddi xəstəlikdən qorxur. Qeyd edək ki, rusların 25 faizi uşaqları üçün narahatdır, respondentlərin 20 faizi yeni pandemiya ilə bağlı narahatlığını ifadə edib. Digər qorxulara əsas ehtiyaclar, qida və ya dərman çatışmazlığı daxildir. Nikbin gözləntilər əsasən 35-44 yaşlı ruslara məxsusdur. Belə ki, təxminən 24 faiz əmindir ki, gələn il həyatda pis və yaxşı şeylər bərabər bölünəcək. Əsasən bunlar daimi işi olmayan ruslar və maddi durumlarını çox pis hesab edənlərdir.