Test tapşırıqlarında dəyişikliklər olacaq — DİM açıqladı
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında yeni təhsil proqramları üzrə təhsil alanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində fənn kurikulumunun müəyyən etdiyi 4 (“Dinləyib-anlama”, “Danışma”, “Oxu” və “Yazı”) məzmun xəttinə aid alt standartların yeni model test tapşırıqları ilə yoxlanılmasının mərhələli şəkildə həyata keçirilməsi davam edir.

Yeni model test tapşırıqları hazırlanarkən yoxlama-ölçmə materiallarının dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmasına (orta təhsil səviyyəsində A2, tam orta təhsil səviyyəsində isə B1) xüsusi diqqət yetirilir.

DİM-dən verilən xəbərə görə, 2023-cü ildə orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmunlu bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək. Bu hissədə şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur.

Yeni modelə əsasən, dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.

Cari ilin məzunları üçün tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam orta təhsil (11 illik) səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması nəzərdə tutulur.

İmtahana hazırlaşanlar orta təhsil səviyyəsində (9 illik) 2023-cü ildə buraxılış imtahanında təqdim olunacaq yazı işi üzrə qiymətləndirilmə meyarları, yeni model test tapşırığı nümunələri, eyni zamanda tam orta təhsil səviyyəsində (11 illik) növbəti tədris ili (2023-2024) üçün nəzərdə tutulmuş yeni model ilə yaxın zamanda çap olunacaq Abituriyent jurnalının xüsusi buraxılışında tanış ola biləcəklər.

Bölmənin digər xəbərləri

11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya
09 Aprel 2025 "Dövlət bu cür müavinətlərin marağında olmalıdır" — Uşaqpulu yenidən GÜNDƏMDƏ
08 Aprel 2025 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
08 Aprel 2025 Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar ?
07 Aprel 2025 "Bu adamlar bizim cəmiyyətə nə vaxt gəldi? Necə oldu?" - ETİRAZ
06 Aprel 2025 Çoxuşaqlı anaların erkən pensiyaya çıxması üçün YENİ TƏKLİF - VİDEO
05 Aprel 2025 Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 19,8 MİLYON MANAT ZƏRƏR VURUB
03 Aprel 2025 Şəhid atasından Həmkarlar İttifaqına ağır sözlər: “Bu şəhid ailələrinə təhqirdir, ayıb olsun!”
03 Aprel 2025 İstiliyin verilməsi bu tarixdə dayandırılacaq
02 Aprel 2025 “Kupça”sız evlərə amnistiya niyə verilmir? - AKTUAL
02 Aprel 2025 Deputatdan TƏKLİF: "Üç və daha çox uşağı olan analara pensiya yaşında GÜZƏŞTLƏR tətbiq edilsin"
02 Aprel 2025 Azərbaycanda kommunal güzəştlər OLACAQMI? - AKTUAL
01 Aprel 2025 Prezidentdən MÜHÜM FƏRMAN - Bu uşaqlara birdəfəlik müavinət ödəniləcək
30 Mart 2025 Əfqanıstanda bayram qabağı əfv elan olundu
29 Mart 2025 Sənədsiz evlər probleminin həlli niyə gecikir?
28 Mart 2025 Ağcabədi sakini qızının pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - QARŞI TƏRƏF İSƏ...

Dünyapress TV

Xəbər lenti