Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
Son zamanlar bir sıra ölkələrdə sosial rifah məqsədilə pensiya yaşında olan vətəndaşlara dəstək tədbirləri gücləndirilib. Rusiya, Türkiyə və Gürcüstanda pensiyaçılara yönəlik atılan bu addımlar çərçivəsində onların kommunal xidmətlər üzrə yaranmış borclarının müəyyən faizi dövlət büdcəsi hesabına ödənməyə başlanılıb. Bu təcrübə xüsusilə aşağı gəlirli yaşlı insanların sosial yükünün azaldılması baxımından müsbət qarşılanır.

Bəs görəsən, Azərbaycanda da oxşar bir sosial dəstək mexanizminin tətbiqi mümkün ola bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Elçin Rəşidov News24.az-a açıqlamasında bildirib ki, kommunal borcların bir hissəsinin dövlət tərəfindən ödənilməsi iqtisadi cəhətdən səmərəli və davamlı həll yolu hesab edilə bilməz:

"Əgər problem pensiyaçıların gəlir səviyyəsinin aşağı olmasıdırsa, bu zaman əsas diqqət pensiya məbləğlərinin artırılmasına yönəldilməlidir. Qeyd edilən təcrübə, yəni pensiyaçıların kommunal borclarının bir hissəsinin dövlət tərəfindən ödənilməsi iqtisadi baxımdan ağlabatan bir yanaşma deyil. Əgər pensiyalar aşağıdırsa, bunu göstərmək və pensiya məbləğlərini artırmaq lazımdır. Əgər pensiyaçıya kommunal xərcin əvəzinə vəsait verilsə, o, bu pulu daha düzgün və ehtiyacına uyğun şəkildə xərcləyə bilər".

Ekspert onu da qeyd edir ki, kommunal xərclərdə edilən güzəştlər insanlarda istehlak davranışlarını mənfi yöndə dəyişə bilər. Belə hallarda vətəndaşlar resurslardan qənaətlə yox, daha məsrəfli şəkildə istifadə etməyə başlayırlar:

“Kommunal xidmətlərdə edilən güzəştlər insanlarda istifadə davranışını korlayır və israfa səbəb olur. Vətəndaş həmin pulu özü alsa, bəlkə də kommunal ödənişlərdən əlavə, başqa zəruri tələbatlarını qarşılayacaq. Ona görə də birbaşa dəstək daha səmərəlidir".

Elçin Rəşidov əlavə edir ki, mövcud sistemdə hər kəsə eyni səviyyədə dəstək göstərmək əvəzinə, ehtiyacı olan, gəlirləri aşağı səviyyədə olan pensiyaçıları fərqləndirmək və onlara hədəflənmiş yardım göstərmək daha məqsədəuyğun olardı:

“Bəzi şəxslər kifayət qədər yüksək pensiya alır. Bu şəxslərə də əlavə yardım etmək ədalətli deyil. Dəstək yalnız ehtiyacı olanlara yönəlməlidir. Bəzi ölkələrdə tətbiq edilən pensiyaçılara kommunal borc dəstəyi modeli Azərbaycanda da nəzərdən keçirilə bilər. Lakin bunun əvəzinə pensiyaların artırılmasını və sosial yardımların daha hədəfli şəkildə verilməsini daha effektiv mexanizm hesab edilməlidir".

Bölmənin digər xəbərləri

07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer

Dünyapress TV

Xəbər lenti