Bu ilin mart ayının 1-ə olan məlumata görə, Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, son bir ay ərzində, yəni fevral ayında dövlət sektorunda çalışan muzdlu işçilərin sayı təxminən min nəfər azalıb, özəl sektorda çalışan muzdlu işçilərin sayı isə 2,8 min nəfər artıb.