Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək
Aprelin 10-da İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi baş tutdu və 5 saat davam etdi.

Məsləhətləşmələrdə Kremlin nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, Ağ Evin nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edib. İkinci görüş yeri ilə bağlı seçim isə xüsusi diqqət çəkib. Belə ki, fevralda baş tutan görüş İstanbuldakı ABŞ səfirliyində, bu dəfə isə Rusiya səfirliyində keçirilib.

Tərəflər bir daha müzakirələrin Ukrayna ilə əlaqəsinin olmadığını, iki ölkə arasındakı münasibətlərin normallaşması ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıblar.

TEREF xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi də birinci mərhələsi kimi uğurlu olub:

“Tərəflərin bir-birinin qarşılıqlı maraqlarına önəm verməsi, gərginlikdən yayınması diqqət çəkir. Məsələn, görüş yeri ilə bağlı balansa önəm verilməsi, ABŞ səfirliyindən sonra indi də Rusiya səfirliyində baş tutması mühüm məqamdır. Hər iki ölkə belə şeylərə diqqət edir.

İkinci görüş daha çox Vaşinqton-Moskva münasibətlərinin normallaşmasına həsr olunmuşdu desək, yerinə düşər. Bunu iki ölkə rəsmisi də təsdiqləyir. ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı bir çox qarşılıqlı sanksiya, məhdudiyyətlər var. Bunların aradan qalxması çox vacibdir. Ona görə də məsləhətləşmələrin növbəti raundu iki ölkə arasında diplomatik nümayəndəliklərin inkişafı ilə bağlı irəliləyiş əldə etməyə imkan yaratdı.

Politoloq əlavə edib ki, görüşdə tərəflər Rusiya və ABŞ diplomatlarının gediş-gəlişini və onların viza tələblərini asanlaşdırmaq üçün gələcək tədbirlər haqqında razılığa gəliblər:

“Bu, həm də müzakirələrin artıq üçüncü ölkədə yox, birbaşa Rusiya və ABŞ-da aparılması deməkdir. Təcrübə göstərir ki, belə danışıqlar daha effektivdir.

İstanbulda Rusiyanın ABŞ-da müsadirə edilmiş diplomatik əmlakının tez bir zamanda qaytarılmasının prioriteti vurğulanıb. Bu, iki ölkə arasında etimadı sarsıdan əsas faktorlardan idi. Böyük ehtimal müsadirə edilən əmlak içərisində məxfi sənədlər olub. Düzdür, indiki məqamda onların geri qaytarılmasının nəyi dəyişəcəyini söyləmək çətindir, amma belə bir tələb varsa, deməli mühümdür.

Hesab edirəm ki, ən önəmli detal tərəflərin danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəlmələri oldu. Böyük ehtimalla görüşlərin üçüncü, dördüncü raundu da olacaq. Amma bir müddət sonra artıq diplomatlar müzakirələri Rusiya və ABŞ-da davam etdirə bilərlər”.
 

Bölmənin digər xəbərləri

12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
11 Aprel 2025 Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir
10 Aprel 2025 Lavrov Türkiyəyə niyə gedir?
10 Aprel 2025 Zaxarova: ABŞ-nin tarif siyasəti ÜTT-nin əsas qaydalarını pozur
08 Aprel 2025 Hakan Fidan İsrailə xəbərdarlıq edib
08 Aprel 2025 Prezident İlham Əliyev fərman imzaladı
08 Aprel 2025 “Putin ABŞ danışıqlarına məhəl qoymur” - Avropa Komissiyası
07 Aprel 2025 Özgür Özəl yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilib
07 Aprel 2025 NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? – Fars rejimi ya masaya oturdulacaq, ya da...
06 Aprel 2025 Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
06 Aprel 2025 Ərdoğan ABŞ-a gedir? - ÖZÜ DANIŞDI
06 Aprel 2025 Ermənistan rəsmən İlham Əliyevin sözlərini təsdiqlədi
06 Aprel 2025 “ABŞ ilə yalnız bu halda danışıqlara razılıq verəcəyik”
05 Aprel 2025 “Aİ bunu etsə, NATO-dan çıxacağıq” – ABŞ senatoru
04 Aprel 2025 Putinin adamı Ağ Evdə 2 gündür, nə edir: Trampın nümayəndəsi ilə Kreml elçisi arasında məxfi diplomatiya
03 Aprel 2025 Almaniya Prezidentindən Azərbaycan səfəri ilə bağlı paylaşım - VİDEO
02 Aprel 2025 İlham Əliyev bu tarixdə Çinə səfər edəcək
02 Aprel 2025 Ukrayna bu tarixədək AB-yə daxil olmalıdır - Litva

Dünyapress TV

Xəbər lenti