Naxçıvanda çörək qıtlığı hiss edilir
İki gündür Naxçıvan şəhəri və ətraf ərazilərdə çörək qıtlığı yaşanır. Buna səbəb bölgənin çörək istehsalında əsas rola malik olan APF Qrup MMC-yə aid Naxçıvan şəhərində yerləşön zavodun işçilərinin kütləvi tətilə başlamasıdır. Onlar ağır iş şərtlərinə və maaşlarının gecikdirilməsinə etiraz olaraq fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.
Etirazçılardan B.M. „Gündəlik Naxçıvan“a deyir ki, tələbləri yerinə yetirilənə kimi tətili davam etdirəcəklər:
"Dünəndən işi dayandırmışıq, heç kim işləmir. Bizimlə heyvan kimi davranırlar. 18 saat işlədir, üstümüzə bağırır, təhqir edirlər. Bu azmış kimi, maaşlarımızı da vermirlər. Deyirlər ki, maliyyə çatışmazlığı var. Halbuki, normal şəkildə işləyirdik, çörək də əvvəlki qiymətə satılırdı. Maliyyə niyə olmasın ki? Bizim də ailəmiz var, öhdəliklərimiz var. Normal iş şərtləri, maaş tələb edəndə işdən çıxarmaqla hədələyirdilər. İndi hamımız işi dayandırmışıq, görək bundan sonra kimi hədələyəcəklər."
Naxçıvan şəhər sakini Sahibə Muradova deyir ki, çörək qıtlığı dükanlarda növbələrin yaranmasına səbəb olub:
"İki gündür ki, mağazalarda çörək tapmaq müşkülə çevrilib. Dükançılar deyir ki, APF-nin sexləri işləmədiyindən, əsas çörək təminatı dayanıb. Bu gün səhər mağazaya getdim, çörək qurtarmışdı. Satıcı dedi ki, artıq heç kimə çatmır. Digər sexlərdən gələn çörək isə az olduğundan tələbatı ödəmir. Uşaqlarım bu gün çörəksiz qalıblar. Bu vəziyyət belə davam etsə, nə edəcəyimizi bilmirik."
Çörək satıcısı M. Mehdiyev də çörək qıtlığından narazılıq edir:
"APF Qrup MMC əsas çörək istehsalçılarından idi və çox alıcı onların çörəyini alırdı. Dünəndən sexlər işləmir, çörək gəlmir. Özəl çörək sexlərindən sifariş verib gətiririk, amma onlar tələbatı ödəyə bilmir. Bu səbəbdən qıtlıq yaranıb. Alıcılar da narazıdır, hər gün çörək soruşurlar."
Naxçıvanda çörək qıtlığının nə qədər davam edəcəyi məlum deyil. Sakinlər aidiyyəti qurumlardan problemin tezliklə həll edilməsini, işçilər isə haqlarının ödənilməsini tələb edirlər.
 

Bölmənin digər xəbərləri

08 Aprel 2025 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
08 Aprel 2025 Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar ?
07 Aprel 2025 "Bu adamlar bizim cəmiyyətə nə vaxt gəldi? Necə oldu?" - ETİRAZ
06 Aprel 2025 Çoxuşaqlı anaların erkən pensiyaya çıxması üçün YENİ TƏKLİF - VİDEO
05 Aprel 2025 Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 19,8 MİLYON MANAT ZƏRƏR VURUB
03 Aprel 2025 Şəhid atasından Həmkarlar İttifaqına ağır sözlər: “Bu şəhid ailələrinə təhqirdir, ayıb olsun!”
03 Aprel 2025 İstiliyin verilməsi bu tarixdə dayandırılacaq
02 Aprel 2025 “Kupça”sız evlərə amnistiya niyə verilmir? - AKTUAL
02 Aprel 2025 Deputatdan TƏKLİF: "Üç və daha çox uşağı olan analara pensiya yaşında GÜZƏŞTLƏR tətbiq edilsin"
02 Aprel 2025 Azərbaycanda kommunal güzəştlər OLACAQMI? - AKTUAL
01 Aprel 2025 Prezidentdən MÜHÜM FƏRMAN - Bu uşaqlara birdəfəlik müavinət ödəniləcək
30 Mart 2025 Əfqanıstanda bayram qabağı əfv elan olundu
29 Mart 2025 Sənədsiz evlər probleminin həlli niyə gecikir?
28 Mart 2025 Ağcabədi sakini qızının pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - QARŞI TƏRƏF İSƏ...
28 Mart 2025 Naxçıvan İstilik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir - "Bayram pulunun 70 faizini kəsib, 30 faizini verirlər"
28 Mart 2025 Vətəndaş evdən çıxmırsa, əmlakı uçurula bilər? – Tanınmış hüquqşünas açıqladı
28 Mart 2025 İşəgötürənlər çox hallarda bu sahədə işçilərin əmək hüquqlarını pozur.
26 Mart 2025 Etiraza tuş gələn ekspertə həmkarından dəstək: - “Aqressiyaya hesablanaraq...”
25 Mart 2025 “Balalarım acdır” deyib, zəhməthaqqını tələb edən fəhləni bayram günü necə həbsə göndərmək olar?!
24 Mart 2025 İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir

Dünyapress TV

Xəbər lenti