MİDA-nın güzəştli mənzil satışı layihəsi tənqid olundu:
Bir neçə gün əvvəl növbəti dəfə güzəştli mənzillərin satışı həyata keçirildi. 35 saniyə ərzində mənzillər satıldı. Bu dəfə prosesə haker müdaxiləsinin olması barədə rəsmi məlumat yayılmadı. Lakin güzəştli mənzil satışının həyata keçirilməsi qaydaları insanlar arasında birmənalı qarşılanmır. Bu evlərə sahib olmağın daha çox insanların kompüter bacarıqları və qarşılarındakı avadanlıqların texniki göstəricilərindən asılı olması narazılıqlara səbəb olur.

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, güzəştli mənzil satışında sosial həssaslıq nəzərə alınamalıdır:

“Amma bu layihə hakerlər, kompüter mühəndisləri kimi insanlar arasında keçirilən mənzil əldə etmə çempionatına çevrilib. Burada heç bir ədalətdən, məntiqdən söhbət gedə bilməz. Başqa ölkələrin təcrübəsinə baxanda biz görürük ki, rahat şərtlərlə insanlar ev ala bilirlər. 1-2 faizlik kreditlərlə, uzunmüddətli və az tələblə mənzil sahibi olurlar.

Bizdə isə şərtlər ağırdır, elə bir texnoloji hazırlıq tələb olunur ki, sadə insanların bu prosesdən anlayışı yoxdur, ola da bilməz. Kimin pulu varsa, 5-10 min manat verir, özünə güclü bir mütəxəssis tutur, bir neçə saniyəyə evə sahib olur. Əgər bu sosial layihədirsə, ehtiyac meyarına görə seçim edilməlidir. Normal qaydada şərtlər olmalıdır və proses şəffaf, adi şəkildə aparılmalıdır. Bura yarış, çempionat deyil, kim qabağa düşdü prinsipi olmamalıdır”.

Ekspert hesab edir ki, bu layihə əhalinin müəyyən kateqoriyalarının əlçatanlığını təmin etmək üçün, güzəştli, uzun müddətli kreditlə ev sahibi olması üçün dövlətin dəstək verdiyi bir layihə olmalıdır:
“Belə olan halda ölkənin bütün vətəndaşları, savadsız olsa belə, bu kriteriyalara cavab verirsə, prosesdə iştirak edə biləcək.

Aydın məsələdir ki, hamıya ev çatmayacaq. Amma söhbət nədən gedir – tutaq ki, 100 nəfər var, mənzil sayı isə 20-dir. 100 nəfərin içindən 20-sini seçmək üçün konkret kriteriyalar, şərtlər, tələblər qoyula bilər. Hər şey sənədli şəkildədir, bunu seçməyə nə var ki?!

Hansı 20 nəfər sosial cəhətdən daha ağır vəziyyətdədirsə, ona da ev verilməlidir. İctimai nəzarət altında həmin 20 nəfər seçilir və nəticələr elan olunur. Amma indiki biznes layihənin sosial təminata, xalqa heç bir aidiyyəti yoxdur. Sadəcə binalar tikilir və internetdə daha tez işləyən şəxslər onların sahibi olur. Məsələnin heç bir sosial tərəfi yoxdur. Ona görə də layihə yenilənməlidir və həqiqi ehtiyac sahibləri bunda iştirak etməlidirlər”.

Törə Zeynallı
Demokrat.az

Bölmənin digər xəbərləri

18 Dekabr 2024 Polşa Ukraynaya 100 milyon avro həcmində yardım ayırmaq qərarına gəlib
17 Dekabr 2024 Hər növbəti il, yalnız qidalanmaya pulumuz çatır...
16 Dekabr 2024 Trampın bu planı yüz minlərlə amerikalını işsiz qoyacaq
15 Dekabr 2024 Hamı Bakının bu yerində evini satıb gedir: 3 otaqlı mənzillər...
14 Dekabr 2024 Məktəblərdə tətil günlərinin sayı açıqlandı - TƏQVİM
11 Dekabr 2024 “Dəfn pulu”nu artıq belə alacaqsınız - DİQQƏT
11 Dekabr 2024 Əlil olan şəxslərin bir çox əmək hüquqları pozulur və pozulmaqla davam edir. Halbuki:
11 Dekabr 2024 Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği nə zaman təyin edilir?
11 Dekabr 2024 Özəl pensiya fondları minimum pensiya məbləğinin artmasına təsir edəcək? - AÇIQLAMA
10 Dekabr 2024 Yeni ildə əfv olacaqmı? - Komissiya üzvü açıqladı
09 Dekabr 2024 AR Əmək Məcəlləsinin 78.1 - ci maddəsi nə deyir?
09 Dekabr 2024 Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə işçilərin əmək münasibətlərində hansı hüquqları var?
08 Dekabr 2024 Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar 2025-ci ildən...
07 Dekabr 2024 “Nə maaş alır, nə pul qazanıram, amma sosial yardım verilmir” - AXI NİYƏ?..
07 Dekabr 2024 Həyatımız neçəyədir? - 500 milyon pul yığılıb
07 Dekabr 2024 “Hansı ağlı başında olan adam 45 faizlə borc götürər?”
06 Dekabr 2024 Anadangəlmə lal və əqli geriliyi olan Zərdab sakininin pensiyası kəsilib - "DEDİLƏR Kİ, SUALLARIMIZI CAVABLANDIRA BİLMİR"
05 Dekabr 2024 Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan aşağıdakı fiziki şəxslər bu xərcləri ödəməkdən azad olunurlar
05 Dekabr 2024 Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
04 Dekabr 2024 Ölümcül əyləncə, yoxsa şirin xəstəlik? - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti