İşçilərlə bağlanmış Əmək Müqaviləsi ləğv edilərkən işçilərin-aşağıda göstərilən maddi təminatlar və müavinətlər almaq hüquqları vardır: 1."İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı" ilə əlaqədar, Əmək müqaviləsi ləğv edilərsə, iş stajından asılı olaraq aylıq əmək haqqının: 2-4 misli məbləğində. 2. İşçilərin əmək müqaviləsi üzrə iş şəraitinin şərtlərinin dəyişdirilməsi - orta aylıq əmək haqqının azı iki misli miqdarında. 3. Əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə itirilməsi ilə əlaqədarişçi əmək funksiyasını yerinə yetirə bilmədikdə - orta aylıq əmək haqqının azı iki misli miqdarında. 4. İşçi hərbi və ya alternativ xidmətə çağırıldıqda: orta aylıq əmək haqqının azı iki misli miqdarında. 5. İşçinin vəfatı ilə əlaqədar, vəfat edənin vərəsələrinə: orta aylıq əmək haqqının azı üç misli miqdarında. 6. Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsi ləğv edimiş rəhbər heyətə daxil olan işçilərə: orta aylıq əmək haqqının azı üç misli məbləğində müavinət ödəyir. 7. Əmək müqaviləsində nəzərdə tutulmuşsa, bu halda da işçiyə müavinət ödənilməlidir. 8. Kollektiv müqavilədə nəzərdə tutulmuşsa, bu halda da işçiyə müavinət ödənilməlidir. 9. İşəgötürənin təşəbbüsü və könüllü iradəsi əsasında. 10. İşçi və ya Əmək kollektivi ilə hər hansı bir razılaşma əsasında. 11. Müəssisənin daxili normativ xarakterli sənədlərində varsa. 11. Əmək müqaviləsinə xitam verilərkən İşəgötürən, Əmək Məcəlləsində və ya razılaşmalarda olan məbləğdən az ödəyə bilməz, lakin yüksək məbləğdə ödəyə bilər. 12. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar, Əmək müqaviləsi ləğv edilərsə, 9 aya qədər əmək haqqının 40-50 faizi və minimum əmək haqqı məbləğində işsizlik sığortası. 13. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar, Əmək müqaviləsi ləğv edilərsə, 3 aya qədər minimum əmək haqqının (345) 3 misli məbləğində işsizlik sığortası.
Müəllif: Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - Dia-az.İnfo