“Pensiya məmurları” işləyən pensiyaçıların pullarını yeyirlər
DSMF-ə “işləməyən”lə “işləməyən pensiyaçı kateqoriyası” anlayışının fərqini anladan olacaq?

Azərbaycan Respublikası dövlətinin qanunverici hakimiyyəti 13 may 2022-ci il tarixli, 530-VIQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 37.3.2-1 maddəsi əlavə edib : “Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1 və 37.3.2 maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş üzvünün MÜRACİƏTİ əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir”.

Qanuna əlavənin qəbulundan 2 il keçib, amma Qanunun 20-ci ( “Qulluq stajına görə əmək pensiyasına əlavələr” ) maddəsinə əsasən, pensiya alan şəxslərin təminatını həyata keçirən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) əlavənin Qarabağ əlillərinə, şəhid ailələrinə tətbiqinə anlaşılmaz bəhanə ilə qadağa qoyub. İşləyən pensiyaçının işlədiyinə görə pensiyasının 37.3.2-1 maddəsinə əsasən yenidən hesablanması ilə Filala müraciətinə “işi davam etdirdiyinə” görə imtina edilir. Absurdluğa baxın, qanunverici işləyən, işi davam etdirən pensiyaçıların pensiyalarının bu işləməyə, davam etdirməyə görə yenidən hesablanmasını aktlaşdırır, icra etməli orqan imtina edir ki, işləməkdə davam edir !(??) 2 ildir nə ali dövlət hakimiyyəti, hüquq orqanları, nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası, nə Ombudsman bu anlaşılmaz maliyyə-hüquq pozuntusuna, dövlət büdcəsi ilə məmur cibinin dəyişik salınmasına görə tədbir görür. Hamı əlil, qazi, şəhid pensiyalarından rüşvətini alıb susur. Hətta ƏƏSM naziri Sahil Babayevin işləyən pensiyaçıların pensiyalarının özlərinin müraciəti olmadan, yəni proaktiv qaydada yenidən hesablanacağını mediya bildirməsi də yardıma çatmır. DSMF-in pensiya təminatı departamenti dövlətin, nazirin yox, XŞTMF-nin dediyini QANUN sayır.

Hazırda Milli Məclisdə dövlət büdcəsinin müzakirələri gedir. Fikrimizcə, qanunverici qəbul etdiyi qanunun icrasını pensiya orqanından sorğulamağa borcludur. Birincisi, qəbul olunan qanunun icrası , Konstitusiyanın 149-cu maddəsinə görə, hamıya məcburidir. İkincisi, qanunların icrasına və tətbiqinə nəzarəti , Konstitusiyanın 133-cü maddəsinə görə, prokurorluq həyata keçirir. Ən başlıcası, MM-in özünün Hesablama Palatası büdcənin düzgün təyinatını yoxlayan qurumdur. Bəs nəyə görə prokurorluq, maliyyə , büdcə nəzarəti qurumları 2 ildir DSMF məmurlarına “işləməyən pensiyaçı” ilə “işləməyən pensiyaçı kateqoriyası” anlayışlarının ayrıntısını-fərqini anlada bilmirlər?

Bir daha nəzarətedici qurumların etmək istəmədiyini DSMF-in pensiya təminatına cavabdeh məmurlarının diqqətinə çatdırırıq. Ümumiyyətlə, “kateqoriya”nın fəlsəfədə, riyaziyyatda, linqvistikada , pedaqogikada öz anlamları var. Qısa desək, kateqoriya qrup, dərəcə, çoxluq, cəm ... anlamına gəlir. Məsələn, “ahıllar”, “əlillər”, “işçilər”, “işsizlər”, “sənətçilər”, “əmək pensiyaçıları” kateqoriyaları. Bu “əmək pensiyaçıları” kateqoriyasının özü də bir neçə kateqoriyaya ( əlilliyə, yaşa, ailə başçısını itirməyə görə) bölünür. Bir də var, əlilliyə və yaşa görə işləməyən əmək pensiyaçıları kateqoriyası. Hazırda qadınların 63,5, kişilərin 65 yaşı olduqda işləməyən əmək pensiyası kateqoriyasına aid edilirlər. Bu kateqoriyaya keçəndən sonra işlərini davam etdirənlərin pensiyası “Əmək pensiyaları haqqında” qanunun 37.3.1 maddəsinə uyğun olaraq 6 ildən bir AVTOMATLAŞDIRILMIŞ qaydada yenidən hesablanır. 37.3.2 maddəsinə görə, əlilliyə görə pensiya təyin edilmiş şəxs İŞLƏMƏKDƏ DAVAM EDƏRSƏ, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası BU MADDƏYƏ əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı KATEQORİYASINA keçdiyi tarixədək olan dövr üzrə toplanan PENSİYA KAPİTALINA və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan SIĞORTA STAJINA əsasən ...AVTOMATLAŞDIRILMIŞ qaydada ( qulluq stajına görə pensiya alanlarınkı MÜRACİƏTLƏRİ əsasında) yenidən hesablanır. Bəs niyə DSMF-in pensiya təminatına cavabdeh qurumları “işləməyən əmək pensiyaçısı” kateqoriyasını qəsd-qərəzlə işləməyi dayandırmaq kimi qəbul edib, qazi, şəhid ailələrinin pensiyalarını MÜRACİƏTLƏRİ əsasında yenidən hesablamaqdan imtina edirlər? Necə olur, işləyən adi şərtlərlə pensiyaçıların işləməyən pensiyaçı kateqoriyasına , yəni 63,5 və 65 yaşına keçəndən sonra pensiyaları 6 ildən bir AVTOMATLAŞDIRILMIŞ qaydada yenidən hesablanır, amma qulluq stajına görə, yəni xüsusi şərtlərlə pensiyaçıların işi davam etdirmələri MÜRACİƏTLƏRİ əsasında yenidən hesablanmaya əsas vermir? Necə olur adi şərtlərlə pensiyaya çıxıb, işi davam etdirənlərdən işi dayandırmaq tələb olunmur, pensiyaları yenidən avtomatik hesablanır, amma xüsusi şərtlərlə pensiyaçılardan tələb olunur? Bu ayrı-seçkilik qərəzdən, mənimsəmədən özgə nədən qaynaqlana bilər? Absurdluğa baxın, pensiyaçı ölənə kimi işləyirsə, belə çıxır, öləndən sonra pensiyası yenidən hesablanmalıdır? Hələ ki bu absurdluq sürür. Haçan dayanacağı da bilinmir.
Məğrur Bədəlsoy
Əlaqədar təşkilatlkarın cavab haqqını tanıyırıq!
TEREF
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya

Dünyapress TV

Xəbər lenti