Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb.
Xezerxeber.az-ın məlumatına görə, bu il tələbə olmaq istəyən abituriyentlərin sayı 85 mindən çoxdur.
Bu göstərici ötən illə müqayisədə beş min nəfər artıb.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, subbakalavrların ali məktəblərə qəbulu ilə bağlı yanaşma düzgün deyil.
Onun sözlərinə görə, bəzi ixtisaslar üzrə məhdudiyyətlər aradan qaldırılmalıdır. Ekspert qeyd edib ki, hər il təxminən 20 minə yaxın şəxs kolleci bitirsə də, onlardan cəmi altı mini universitetlərə qəbul imkanı qazanır.
Kamran Əsədov onu da əlavə edib ki, subbakalavrlar üçün ali təhsil müəssisələrində xüsusi plan yerlərinin ayrılmasına ehtiyac var. Çünki kolleci bitirən tələbələrin əksəriyyəti sonradan iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər.