Bu gün əmək münasibətlərində ən böyük problem - "müddətli əmək müqaviləsinin" bağlanmasıdlr, desək yanılmarıq. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi dəfələrlə - təşəbbüs qaldırmış, təkliflər vermişdir. Bir daha hesab edirik ki, AR-nın Əmək Məcəlləsində müddətli əmək müqaviləsi bağlanması ilə əlaqədar müvafiq dəyişikliklər edilməlidir. Belə ki:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi: tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanmasına hüquqi əsas verir.
Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin Əmək müqaviləsi bağlanan hissəsində işəgötürən işçiyə nisbətən-üstün hüquqlara malikdir. İş yerlərinin az olması, iş yerlərinə tələbatın az olması, işə qəbulla bağlı son qərarın işəgötürənə məxsus olması və sair digər səbəblərdən. Bu səbəblərdən burada tərəflərin bərabər hüquqlararından danışmaq mənasızdır və işəgötürən istədiyi işçi ilə müddətli əmək müqaviləsi bağlayıb, həmin işçini təzyiq altında saxlaya,müddətlə əlaqədar istədiyi vaxt onu işdən çıxara bilir.
Hesab edirəm ki.AR-nın Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilməli, müddətli və ya müddətsiz əmək müqaviləsinin bağlanması aşağıdakı qaydada tənzimlənməlidir:
1. Konkret olaraq hansı hallarda müddətli, hansı hallarda əmək müqaviləsinin müddətsiz bağlanması barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsində birbaşa olaraq imperativ (məcburi) hüquq normaları olmalıdır.
2. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
3. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda müddətli əmək müqaviləsinin bağlanması etibarsızdlr və müddəti müəyyən edilən müqavilə kimi hesab edilir.
4. İş və ya xidmətlərin daimi xarakterə malik olması əvvəlcədən bəlli olan işlərdə işçilərlə müddətki əmək müqaviləsi bağlayan işəgötürən inzibati məsuliyyət daşıyır.
5. Yalnız aşağıdakı hallarda tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə, müddətli əmək müqaviləsi bağlanıla bilər:
Qısa müddətli iş və ya xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar olan iş və ya xidmət üzrə, təbii və ya iqlim şəraitinə, işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı, işin həcminin və davamiyyətinin qısa müddətli olduğu təmir- tikinti, quraşdırma, yeni texnologiyakatın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda və sair.
Azər Quliyev.
TEREF