Həm də işəgötürənlərin marifləndirilməsi üçün!!
Hər dəfə bayram günləri gəldikdə bu mövzu və ödəmələr sahəsində sual və problemlərdə yaranır. Baxmayaraq ki, Əmək Məcəlləsi ilə bu əmək münasibəti kifayət qədər dəqiq və konkret tənzimlənir. Bayram günlərində işə çağırılan və ya işdə olan işçinin əmək haqqı hansı qaydada ödənilməlidir, bu sahədə işçilərin hansı əmək hüquqları vardır?
Bu suallarla əlaqədar Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına çoxlu sayda müraciətlər daxil olur. Bu suallarla əlaqədar bildirirəm ki:
1. İstər normal iş vaxtında olsun, istərsə də cəmlənmiş iş vaxtında növbə üsuluilə işləyən
İşçilərin əmək haqqı-Əmək Məcəlləsinin 164
-cü maddəsinə uyğun olaraq bayram günü üçün işçinin əməkhaqqının iki qat məbləğin də ödənilməlidir.
2. Normal iş vaxtında, 5 gün və ya 6 günlük iş vaxtı rejimində işləyən işçilərin bayram günü və ya günləri üçün əmək haqqının ikiqat məbləğdə ödənilməsi sahəsində problemlər çox az olur. Çox təəssüf ki, növbə üsulu ilə işləyən işçilərdə bu halda əmək haqqı iki qat məbləğdə ödənilmir, müxtəlif əsassız və qanunsuz bəhanələrlə. Bu halda səbəb və ya bəhanə gətirilir ki, işçi növbə üsulu ilə işləyir, şənbə və bazar günləri kimi bayram günləri də adi iş günləridi, bu əsasdan da əmək haqqı bayram günləri üçün ikiqat məbləğdə ödənilmir. Lakin, bu halda bir fakt yaddan çıxarılır ki, növbə üsulu ilə işləyən işçilərdə şənbə və bazar günləri istirahət günləri deyil, adi iş günləri hesab olunur. Lakin, bayram günləri heç bir halda adi iş günləri hesab edilmir. Bu əsasdan da, bayram günləri üçün işçilərin əmək haqqı -AR Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq işçinin əmək haqqının iki qat məbləğində ödənilməlidir.
3. Bayram günlərində işə görə əmək haqqını tam olaraq ödəməyən işəgötürən üçün qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.
4. Bayram günlərində işə görə əmək haqqını və ezamiyyə pulunu vaxtında və tam olaraq ödəməyən işəgötürən - hər gecikdirilən gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
5.İşçinin:əmək haqqı və məzuniyyət haqqını, ezamiyyə xərclərini-qanunvericiliklə nəzərdə tutulmuş qaydada verilməməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
6. İşəgötürənlər, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş işçi hüquqlarını pozmağa, hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati, cinayət məsuliyyəti daşıyırlar.
7. Bu sahədə əmək hüquqları pozulmuş işçi əmək hüquqlarının bərpası ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə həm ödənilməmiş məbləği, həm də dəymiş ziyanın əvəzinin ödənilməsinə nail olmalıdır.
Azər Quliyev.
TEREF