Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə işçilərin əmək münasibətlərində aşağıdakı hüquqları da vardlr:
1. İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə işçinin işyeri, vəzifə və orta əmək haqqı saxlanılır.
2. İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə, işçinin sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər.
3. İşçi əmək hüquqlarının, qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, AR - nın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
4. Pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar işçi məhkəməyə vəya məhkəməyə qədər əmək mübahisələrini həll edənorqana müraciət edə, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş şərtlər və qaydalara uyğun olaraq təkbaşına tətil edə bilər.
5.İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir.
6. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.
7. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən işçinin əmək müqaviləsini ləğv edə bilməz.
8.Tətil müddəti bitənədək işçitətili dayandıra və işə başlaya, əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
9. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə qərar qəbul edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər.
Azər Quliyev.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır