Düşmən üzərində qələbə çalan dövlətin müharibə veteranı niyə normal yaşamamalıdır?!
Düşmən üzərində qələbə çalan dövlətin müharibə veteranı niyə normal yaşamamalıdır?!

Qalib ölkənin vətəndaşı təbii mənəvi hisslər keçirir, bəs maddi niyə sevinmir?!

Bəli, ölkəmiz 2020-ci ildə Ermənistan 30 il işğal altında saxladığı ərazilərin 75 faizini 3 mindən çox şəhid, 10 mindən çox yaralı, sağlamlığının bir hissəsini itirmiş əsgərlərimizin hesabına azad etdi. Çox yaxçı...

Bu qələbə nəticəsində cəmiyyətimiz işğal tənəsindən qurtuldu, ölkə vətəndaşlarının qəddi, qaməti düzəldi, dirçəldi, məğlub durumdan qalib duruma düşdük, yüksək əhvalı-ruhiyə qazandıq, düşmənlərimizin dediyi kimi, ticarətçi yox, döyüşkən millət adımızı geri qaytardıq...

Göründüyü kimi, mənəvi qazancımızı saymaqla bitmir. Hətta düşmən üzərində qazandığımız 44 günlük qələbənin dünya müharibələri tarixinə yeni səhifə əlavə olunduğu qeyd olundu, qələbə təcrübəmiz öyrənilməyə başlandı və sairə...

Belə olan halda, dolana bilməyən, ehtiyac üzündən intihara əl atan hər bir sadə insanda təbii sual yaranır ki, bəs Azərbaycanı qalib edən ölkə vətəndaşının maddi qazancı, firavan həyatı, ağır zəhmətin dövlət tərəfindən qiymətləndirilməsi, ən azı vətəndaş məmnunluğu niyə təmin olunmur?!..

Əlbəttə, bu suala cavab vermək bir qədər çətindir. Çünki düşmən üzərində qələbə qazanan Azərbaycanın sadə, sıravi vətəndaşı şəxs olaraq heç bir maddi qazanc, fayda əldə etməyib, əksinə, normal insan həyatı yaşamaqdan məhrum olub. Qarabağ torpaqları işğaldan azad olunduqdan sonra sanki xalqın dövlətlə münasibətləri kəskinləşib, xalqın səsini eşidən, şikayətinə baxan, haqqını tanıyan yoxdur. Məmurlar qanunları isdədiyi kimi pozur, xalqın varı, dövləti, sərvəti açıq-aşkar oğurlanır, talayır, xalq isə zülm və məşəqqət içində yaşayır.

Ölkə Prezidentinin üzərinə düşən yükün ağırlığı, xarici məsələlərə çox vaxt ayırması, ölkədaxili məsələlərə nəzarətin kənarda qalması və əksər məmurların bu məqamdan sui-istifadə etməsi, bəzi yüksək vəzifəli məmurların üzərlərinə düşən işi yerinə yetirməməsi Ermənistan üzərində qazanılmış qələbəni xalqın gözdən salır...

Tarixdən oxumuşuq ki, müharibədə qalib gələn dövlətin xalqı əldə etdiyi zəfərin maddi nemətlərindən faydalanmalı, mənəvi qələbə ilə yanaşı, maddi nemətlər də qazanmalıdır.
Lakin işğaldan azad olunmuş ərazilərdə əldə olunmuş qənimətlərin, hətta iri və xırda buynuzlu mal-qaranın və digərlərinin ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsənilməsini görən və bu gün ağır vəziyyətdə olan əsgərlərin danışdıqları faktlar xalqı çox qəzəbləndirir...

Ermənistanla aparılan Vətən müharibəsində düşmən üzərində qazanılmış qələbənin əsas hərəkətverici qüvvəsi olan sadə xalqın balalarına - şəhidlərə, qazilərə, veteranlara belə, vacib olan lazımı qayğı göstərilmir! Onlara verilməli olan təqaüdlərinin və yardımların 5 ildir ƏƏSM naziri vəzifəsində otuzdurulmuş, "masasının gül balası" Sahil Babayev kimi, əlində silah, əynində şinel, səngərdə saatlarla düşməni gözləməyin nə olduğunu bilməyən birinə tapşırılması xalqı hədsiz qəzəbləndirir!..

Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət orqanlarının binaları qarşısında qazilərimizin və veteranlarımızın tez-tez internetdən izlədiyimiz etiraz aksiyaları dediklərimizə əyani sübutdur...

Yuxarıda qeyd etdiyim kimi, Vətən müharibəsində düşmən Ermənistan üzərində əldə edilmiş Zəfərdən sadə xalqın mənəvi və maddi nemət qazanmağı bir yana dursun, əvəzində hazırda xalq rüşvətxor məmurların hər an çox böyük basqısına məruz qalır! Əhali kasıbçılıq içində yaşayır, sarsıntı keçirir, Vətən müharibəsində əldə etdilmiş Zəfərin şəxsi həyatında, ailəsində, süfrəsində, dolanışığında heç bir faydası olduğunu görmür və qəzəblənir!..

Rüşvətxor məmurların Vətən müharibəsində iştirak etməkdən yayınan övladlarını, müharibədə bir toyuğunu belə, itirməyən hampaların, harınlamış şərəfsizlərin hər gün xalqa qarşı törətdiyi cinayət hadisələrini eşidən insanlar çox əsəbləşir və yaşadığı həyata nifrət edir...

Baxın, ölkəmizin Qərb hissəsində Gürcüstan və Ermənistan kimi iki kasıb ölkə var! Niyə hər iki ölkə Azərbaycandan bir neçə dəfə kasıb olduğu halda, hər iki ölkə uşaqpulu da verir, əmək haqqı və təqaüdlər bizimkindən yüksəkdir?!..

Azərbaycan neft-qaz ölkəsi olduğunu bilməyən yoxdur. Hətta Avropa ölkələrini təmin etdiyi halda, öz əhalisini hələ tam təmin etməyib və öz vətəndaşına bəzi xarici dövlətlərdən daha baha qiymətə qaz, benzin, işıq satır, niyə?!..

Səfurə, Paralel.az
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər

Dünyapress TV

Xəbər lenti