Dövlət Sosial Müdafiə Fondu xərçəng xəstəliyindən əziyyət çəkən və əməliyyat olunmuş xəstəyə əlillik dərəcəsi verməkdən imtina edir. Gətirdiyi bəhanə isə təəccüb doğurub.
Tribunainfo.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Samirə Xudiyeva bildirib ki, DSMF onun müraciətlərinə əhəmiyyət vermir, lazımsız bəhanələrlə ona pul ayrılmır:
“Mən xərçəng xəstəliyindən əziyyət çəkirəm, yerli özəl klinikaların birində əməliyyat olmuşam. Keçən il əlliklə bağlı müraciət etmişəm, lakin mənə imtina gəlib. Dövlət Sosial Müdafiə Fondu bildirir ki, özəl klinikanın təqdim etdiyi epikriz və canlı material cavabları kifayət deyil, mütləq şəkildə Onkologiya Mərkəzində xəstələrin dövlət reyestrinə düşməliyəm. Onkologiya Mərkəzi isə reyestrdə qeydiyyata almaqdan imtina edir ki, bəs sən bizdə əməliyyat olmamısan, bizim xəstə deyilsən”.
Ağır xəstəlikdən əziyyət çəkən xanım xəstəliyi və ağrıları bir yana əlillik dərəcəsi ala bilmək üçün qapılarda qalıb. Şikayətçi indi probleminin hüquqi həlli üçün kömək istəyir.
Mənbə: «Tribunainfo.az» Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...