2023-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 925,3 manat olub.
Qeyd olunub ki, əməkhaqqı neft-qaz sektorunda 3571,2 manat, qeyri neft-qaz sektorunda 874,7 manat təşkil edib: “Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 889,3 manat, özəl müəssisələrdə isə 964,9 manat olmuşdur”. 2023-cü ilin yanvar-iyul aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub: