Testlə savaşda adı müəllim olan bu güruh və onların yüksək dövlət qulluğu tutan havadarları qələbə çalacaqlarmı?
Bu gun, nəhayət, çoxdan gözlənilən `test üsulu ləğv ediləcək`bəyanatı rəsmi şəkildə səsləndi. Bu ləğv əhvalatı indinin söhbəti deyil, uzun tarixçəsi var.
İzninizlə, həmin tarixçəni ilk dəfə danışım.
Məlum olduğu kimi Elçi Bəy hakimiyyətinin ən mühüm töhfələrindən biri test üsuludur. Bu töhfənin gətirdiyi faydalar haqqında geniş danışmağa ehtiyac yoxdur. Çünki, proses hər birimizin evindən keçib, hər birimiz olanların şahidiyik. Eləcə də, müəyyən istisnalar olsa belə hər birimiz sovet dövründə ali məktəblərə, texnikumlara kütləvi şəkildə rüşvətlə girilməsinin şahidiyik. Ümumiyyətlə, bir mənalı şəkildə bildirirəm ki, təhsildə rüşvət sovet dövründən qalma xərcəngdir, indi sadəcə, metastaz verib.
Test üsulunun tətbiq edilməsi hər yay evə çanta dolu pul gətirən unuversitet müəllimlərinin bazarını bağlamış, nəticədə onların böyük çoxluğu Elçi Bəy hakimiyyətinə düşmən kəsilmişdilər. Ona görə də 1993 çevrilişindən həmən sonra müəllim və professor heyəti, yəni rüşvətdən harınlamış və xüsusiləşmiş bir zümrə itirdiklərini geri qaytarmaq üçün var gücləri ilə hərəkətə keçdilər.
Testin ləğv edilməsi üçün prezidentə, Milli Məclisə, baş nazirə məktublar, müraciətlər yazdılar, toplantılat təşkil etdilər, geniş lobbiçilik işi apardılar.
Cəmiyyətdə ziyalı və savadlı insan sayılan bu rüşvətxor test düşmənləri çox dərin, şaxəli və sistemli bir iş aparmağa başladılar. Eləcə də mətbuatda və efirlərdə test sisteminin qüsurlu və milli maraqlara zidd olması haqqında təbliğat apardılar. O professor və müəllim heyətini nə gənclik, nə gələcək, nə təhsil, nə də Vətənin mənafeyi maraqlandırırdı. Bir dərdləri vardı; hər yay sel kimi gələn rüşvətin önünü açmaq üçün test üsulu ilə qəbulu ləğv etdirib köhnə zamanlara qayıtmaq.
Bu prosesin ən yüksək səviyyədə himayədarları aravermədən testin ləğvinə çalışır və finala yaxınlaşırdılar. Artıq ictimaiyyət və cəmiyyət də buna hazır idi. Lazımı təbliğat yetərincə aparılmış, test artıq düşmən elan edilmişdi.
İşin gerisini Elçi Bəy belə nağıl edir;
- Test üsulu ilə bağlı ciddi bir əkstəbliğat vardı, universitetlərin professor və müəllim heyəti bərk çalışırdılar bu üsulu ləğv etdirsinlər, bunu görürdüm. Lakin Kələkidə mənə xəbər çatdı ki, məsələ son dərəcə ciddiləşib, artıq hər şey hazırdır. Bu gün sabah testin ləğvi haqqında fərman olacaq.
Çox məyus oldum. Test üsulunun böyük inqilab etdiyini bilirdim, son illərdə ilk dəfə bilikli məzunlar, kasıb övladları, bir sözlə yetim-yesir öz biliyi hesabına ali məktəbə daxil olur, rüşvət verməyə adam gəzənlər kənarda qalmışdılar. Bu, mənim üçün böyük məsələ idi. Ən böyük təssəlilərimdən biri idi. Hətta ölüm-dirim məsələsi idi, deyə bilərəm.
Bu mütərəqqi üsulun ləğv edilərək yenə geriyə - rüşvət sisteminə qayıdılması çox acınacaqlı idi. Düşündüm, nə edim. Nə edə bilərəm. Testi necə xilas edə bilərəm.
Oturub o vaxt Azərbaycanda ABŞ-ın səfiri olan Kozlariçin həyat yoldaşına bir məktub yazdım.
Məktubda bu işin bütün tarixini anlatdım, təhsildə olan rüşvətin bizim faciəmizin mənbəyi olduğunu, bunun bizə sovetlərdən miras qaldığını yazdım. Əxlaqını, mənəviyyatını, müəllim heysiyyatını itirmiş professor, müəllim heyətinin rüşvəti yenidən qaytamaq üçün çalışdıqlarını izah etdim.
Nəhayət, səfir xanımındam test üsulunun ləğv edilməməsi üçün xalqıma kömək istədim. Yazdım ki, sizdən acizanə xahiş edirəm, prezident Heydər Əliyevin qəbuluna gedin, test üsulunun mütərəqqiliyi və bütün xalqlara nə qədər faydalı olduğunu ona izah edin. Ondan xahiş edin ki, test üsulunun ləğv edilməsinə yol verməsin. Bu işin qarşısını alsın.
Yazdım ki, əminəm ki prezident sizin xahişinizi nəzərə alacaq və bu, sizin Azərbaycan xalqı qarşısında ən böyük xidmətiniz olacaq. Bu xidmət heç zaman unudulmayacaq.
Səfirin xanımı xahişimi yerinə yetirdi, H. Əliyevlə görüşdü və testin ləğvinin gündəmdən çıxarılmasını ondan xahiş etdi.
Bununla da test üsulunun ləğvi mövzusu gündəmdən birdəfəlik çıxarıldı. Məsələnin müzakirəsi bitdi.
Elçi Bəyin ricası ilə bu mərhəmətli xanımın (heyif, adını bilmirəm) H. Əliyevə xahişə getməsi ciddi şəkildə körüklənmiş bir ictimai dalğanın- test düşmənçiliyinin önünü kəsdi.
Bununla da Elçi Bəy xalqına töhvə etdiyi testi üsulunu, ali məktəbə rüşvətsiz qəbul sistemini 20 ildən çox, hətta özündən sonra belə yaşatdı.
Bu günkü bəyanat illər öncə Elçi Bəyin mənə danışdığı bu əhvalatı xatırlatdı. Demə, testlə savaş bitməyibmiş.
İndi testin taleyi necə olacaq? Gəncliyimizin, insanımızın, təhsilimizin taleyi necə olacaq? Testi qoruyan olacaqmı? Xalq əlindəki bu imkanı qorumaq istəyəcəkmi? İnsanlar bu barədə düşünüb narahat olacaqlarmı?
Testlə savaşda adı müəllim olan bu güruh və onların yüksək dövlət qulluğu tutan havadarları qələbə çalacaqlarmı?
Yoxsa əlimizdə qalan bu son uğurumuzu da itirəcəyik?
Nə olacaq, necə olacaq, bilmirəm...
Mehriban Vezir
Teref.az

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya

Dünyapress TV

Xəbər lenti