Astanada Azərbaycan və İran prezidentlərinin görüşü olub (Yeniləndi)
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

APA xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının İran İslam Respublikasının qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaş olduğunu bildirdi. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran Prezidenti dedi ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.

Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini dedi.

Dövlətimizin başçısı xüsusilə Xəzəryanı ölkələr arasında münasibətlərin dostluq əsasında inkişafından razılığını ifadə etdi.

Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırdı. Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd etdi.

Görüşdə İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıldı.

***

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1665678886_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1665678887_2.jpg
 
 
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir
10 Aprel 2025 Lavrov Türkiyəyə niyə gedir?
10 Aprel 2025 Zaxarova: ABŞ-nin tarif siyasəti ÜTT-nin əsas qaydalarını pozur
08 Aprel 2025 Hakan Fidan İsrailə xəbərdarlıq edib
08 Aprel 2025 Prezident İlham Əliyev fərman imzaladı
08 Aprel 2025 “Putin ABŞ danışıqlarına məhəl qoymur” - Avropa Komissiyası
07 Aprel 2025 Özgür Özəl yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilib
07 Aprel 2025 NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? – Fars rejimi ya masaya oturdulacaq, ya da...
06 Aprel 2025 Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
06 Aprel 2025 Ərdoğan ABŞ-a gedir? - ÖZÜ DANIŞDI
06 Aprel 2025 Ermənistan rəsmən İlham Əliyevin sözlərini təsdiqlədi
06 Aprel 2025 “ABŞ ilə yalnız bu halda danışıqlara razılıq verəcəyik”
05 Aprel 2025 “Aİ bunu etsə, NATO-dan çıxacağıq” – ABŞ senatoru
04 Aprel 2025 Putinin adamı Ağ Evdə 2 gündür, nə edir: Trampın nümayəndəsi ilə Kreml elçisi arasında məxfi diplomatiya
03 Aprel 2025 Almaniya Prezidentindən Azərbaycan səfəri ilə bağlı paylaşım - VİDEO
02 Aprel 2025 İlham Əliyev bu tarixdə Çinə səfər edəcək
02 Aprel 2025 Ukrayna bu tarixədək AB-yə daxil olmalıdır - Litva
02 Aprel 2025 BMT İranı və ABŞ-ni dialoqa çağırıb
01 Aprel 2025 Pezeşkian Azərbaycana gəlir

Dünyapress TV

Xəbər lenti