Astanada Azərbaycan və Qazaxıstan prezidentləri arasında görüş olub -
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə çıxış edən PrezidentKasım-Jomart Tokayev deyib: -Hörmətli İlham Heydər oğlu, mən Sizə, ilk növbədə, buraya səfər etdiyinizə, Zirvə Toplantısının işində iştirak etdiyinizə, yekun nəticələrə nail olunmasına verdiyiniz müsbət töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Sözsüz ki, mən bunu dəyərləndirirəm. Siz, necə deyərlər, buna vaxt ayırmısınız.

Bizim ikitərəfli qarşılıqlı münasibətlərimizə gəlincə, gözəl Bakı şəhərinə səfərim zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirməkdən başlamaq istərdim.

Zənnimcə, bizim danışıqlar məhsuldar, maraqlı olub və deməliyəm ki, xaricdə siyasi, iqtisadi dairələrin diqqətini cəlb edib. Buna görə də Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq. Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Düşünürəm ki, bizim ortaq cəhətlərimiz çoxdur və ən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik. Biz bu barədə Bakıda ətraflı danışmışıq.

Bu gün gündəlikdə belə adlandırılan Orta Dəhlizin inkişafı məsələsi durur. Dünən mənim Türkiyə Prezidenti ilə danışıqlarım olub. O da, həmçinin müvafiq qurumların rəhbərlərinin Bakıda keçirilən görüşünə dəfələrlə istinad edib. Təbii ki, onlar bu iş formatının davam etdirilməsinə hədəflənib. Bizim tərəfimizdən, əlbəttə ki, hər hansı bir problem olmayacaq, əksinə, biz də bunda maraqlıyıq. Mən açıq çıxışlarımda Orta Dəhliz adlandırılan Transxəzər marşrutu barədə həmişə danışmışam.

Bizim müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə ənənəvi əlaqələrimiz var və bunların hamısı davam edəcək. Biz Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin paytaxtımızda daha görkəmli yerə köçürməyin vacibliyindən danışmışıq. Belə bir yer müəyyənləşdirilmişdir. Mən onu bəyənmişəm. Bu, sadəcə, vaxt məsələsidir".

x x x
Ətraflı

Azərbaycan Prezidenti İlham Əliyev deyib: -Çox sağ olun, hörmətli Kasım-Jomart Kemeleviç. Əvvəla, dəvətə görə təşəkkür edirəm. Qardaş Qazaxıstanda yenidən olmağıma çox şadam. Həmçinin keçirilmiş Zirvə Toplantısının yaxşı nəticələri münasibətilə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq arenada oynadığı rolun və Sizin ölkənizin yüksək nüfuzunun daha bir nümayişidir.

Həmçinin sabah daha bir Zirvə Toplantısı olacaq. Yəni, başa düşürəm ki, Sizin qrafikiniz nə dərəcədə gərgindir və bu mühüm hadisələrə hazırlıqla bağlı məsələlər, əlbəttə, çox vaxt aparır. Odur ki, görüşmək fürsətinə görə şadam.

Sizə, ilk növbədə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtiramınıza görə təşəkkür etmək istərdim. Biz Sizinlə bu barədə danışdıq. Mən qəbul edilmiş qərarlara görə minnətdaram.

Həmçinin Azərbaycana Sizin rəsmi səfərinizi və bizim görüşümüzü, danışıqlarımızı, həm ikitərəfli gündəlik, həm də regional problemlər üzrə hərtərəfli fikir mübadiləmizi səmimiyyətlə xatırlayıram. Zənnimcə, Sizin səfərinizdən sonra artıq yaxşı nailiyyətlər, nəticələr var, - biz indi bu barədə danışacağıq, - həm nəqliyyat sahəsində, həm də digər sahələrdə. Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, uzunmüddətli maraqlarda, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq. Yəni, bu mövzunun çox ciddi davamı olacaq.

Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır. Sizi Zirvə Toplantısının uğurla keçirilməsi münasibətilə bir daha təbrik etmək və qonaqpərvərliyə görə təşəkkür etmək istərdim".

***

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
 
 
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir
10 Aprel 2025 Lavrov Türkiyəyə niyə gedir?
10 Aprel 2025 Zaxarova: ABŞ-nin tarif siyasəti ÜTT-nin əsas qaydalarını pozur
08 Aprel 2025 Hakan Fidan İsrailə xəbərdarlıq edib
08 Aprel 2025 Prezident İlham Əliyev fərman imzaladı
08 Aprel 2025 “Putin ABŞ danışıqlarına məhəl qoymur” - Avropa Komissiyası
07 Aprel 2025 Özgür Özəl yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilib
07 Aprel 2025 NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? – Fars rejimi ya masaya oturdulacaq, ya da...
06 Aprel 2025 Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
06 Aprel 2025 Ərdoğan ABŞ-a gedir? - ÖZÜ DANIŞDI
06 Aprel 2025 Ermənistan rəsmən İlham Əliyevin sözlərini təsdiqlədi
06 Aprel 2025 “ABŞ ilə yalnız bu halda danışıqlara razılıq verəcəyik”
05 Aprel 2025 “Aİ bunu etsə, NATO-dan çıxacağıq” – ABŞ senatoru
04 Aprel 2025 Putinin adamı Ağ Evdə 2 gündür, nə edir: Trampın nümayəndəsi ilə Kreml elçisi arasında məxfi diplomatiya
03 Aprel 2025 Almaniya Prezidentindən Azərbaycan səfəri ilə bağlı paylaşım - VİDEO
02 Aprel 2025 İlham Əliyev bu tarixdə Çinə səfər edəcək
02 Aprel 2025 Ukrayna bu tarixədək AB-yə daxil olmalıdır - Litva
02 Aprel 2025 BMT İranı və ABŞ-ni dialoqa çağırıb
01 Aprel 2025 Pezeşkian Azərbaycana gəlir

Dünyapress TV

Xəbər lenti