Prezident sülh müqaviləsindən danışdı: İlin sonunadək…
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər.

Prezident İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirib.

Dövlətimizin başçısı, həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Prezident, eyni zamanda, həm Antoni Blinkenin, həm də Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlərə toxunub, bunu sülhə doğru atılmış addımlar kimi qiymətləndirib.

Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb, Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib. Dövlətimizin başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var.

Telefon söhbətində Azərbaycan-Ermənistan əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılıb.
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir
10 Aprel 2025 Lavrov Türkiyəyə niyə gedir?
10 Aprel 2025 Zaxarova: ABŞ-nin tarif siyasəti ÜTT-nin əsas qaydalarını pozur
08 Aprel 2025 Hakan Fidan İsrailə xəbərdarlıq edib
08 Aprel 2025 Prezident İlham Əliyev fərman imzaladı
08 Aprel 2025 “Putin ABŞ danışıqlarına məhəl qoymur” - Avropa Komissiyası
07 Aprel 2025 Özgür Özəl yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilib
07 Aprel 2025 NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? – Fars rejimi ya masaya oturdulacaq, ya da...
06 Aprel 2025 Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
06 Aprel 2025 Ərdoğan ABŞ-a gedir? - ÖZÜ DANIŞDI
06 Aprel 2025 Ermənistan rəsmən İlham Əliyevin sözlərini təsdiqlədi
06 Aprel 2025 “ABŞ ilə yalnız bu halda danışıqlara razılıq verəcəyik”
05 Aprel 2025 “Aİ bunu etsə, NATO-dan çıxacağıq” – ABŞ senatoru
04 Aprel 2025 Putinin adamı Ağ Evdə 2 gündür, nə edir: Trampın nümayəndəsi ilə Kreml elçisi arasında məxfi diplomatiya
03 Aprel 2025 Almaniya Prezidentindən Azərbaycan səfəri ilə bağlı paylaşım - VİDEO
02 Aprel 2025 İlham Əliyev bu tarixdə Çinə səfər edəcək
02 Aprel 2025 Ukrayna bu tarixədək AB-yə daxil olmalıdır - Litva
02 Aprel 2025 BMT İranı və ABŞ-ni dialoqa çağırıb
01 Aprel 2025 Pezeşkian Azərbaycana gəlir

Dünyapress TV

Xəbər lenti