“Ermənistan sülh müqaviləsini imzalamasa, siyasi dalandan çıxa bilməz”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deputatların suallarını cavablandırıb. A.Mirzoyan rəsmi İrəvanın Azərbayacının sülh müqaviləsi ilə bağlı yeni təkliflərini nəzərdən keçirdiyini deyib. Nazir diqqətə çatdırıb ki,rəsmi Bakının təklif etdiyi 5 bənddə Ermənistan üçün qəbuledilməz heç nə yoxdur.
DİA.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Azərbaycanın Ermənistana təklif etdiyi beş prinsip BMT nizamnaməsinin əvvəlcədən qəbul olunan on əsas prinsipinin birinci beşliyinə daxildir:

“Ölkələrin ərazi bütövlüyü, sərhədlərin tanınması, dövlətlərin bir-birinin daxili işinə qarışmaması, bir-birinə qarşı zor tətbiq etməməsi məsələsi də dünya tərəfindən qəbul edilən prinsiplərdir. Paşinyan bunu Mirzoyandan öncə qəbul edib. Təbii ki, bu təklif olunan beş bənddə Azərbaycan üçün olan ən əsas məsələ ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Beynəlxalq hüquq da bunu dəstəklədiyi üçün Ermənistanın qəbul etməkdən başqa yolu yoxdur.

Digər tərəfdən rəsmi İrəvan indi elə bir vəziyyətdədir ki, Azərbaycana şərt qoya bilmir. Bütün müzakirələrdə şərtləri həmişə qalib tərəf müəyyənləşdirir. Məğlub tərəfin həmin şərtlərlə razılaşır ya yox bu, onun problemidir. Ermənistan tərəfi razılaşmamaq variantını bir neçə dəfə yoxlasa da, bir şey alınmadı”.

Ekspertin sözlərinə görə, hadisələrin gedişi artıq Ermənistan çıxılmaz bir dalana girdiyini göstərir və rəsmi İrəvan sülh müqaviləsini imzalamasa, həmin dalandan çıxa bilməz:

“Azərbaycan tərəfi onu siyasi bir çıxmaza salıb. Sülh müqaviləsində təbii ki, ölkələrin ərazi bütövlüyü, sərhədlərin delimitasiyası və demarkasiyası gündəmə gəlir.

Ermənistan siyasi rəhbərliyi digər dövlətlərlə münasibətlərində vahid mövqeyə malik olmadığına görə, indi Avropa İttifaqı onu bu məsələni yekunlaşdırmağa məcbur edir. İndiki halda sülh müqaviləsinin ilkin variantının ilin sonuna qədər hazırlanması gözləniləndir".

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir
10 Aprel 2025 Lavrov Türkiyəyə niyə gedir?
10 Aprel 2025 Zaxarova: ABŞ-nin tarif siyasəti ÜTT-nin əsas qaydalarını pozur
08 Aprel 2025 Hakan Fidan İsrailə xəbərdarlıq edib
08 Aprel 2025 Prezident İlham Əliyev fərman imzaladı
08 Aprel 2025 “Putin ABŞ danışıqlarına məhəl qoymur” - Avropa Komissiyası
07 Aprel 2025 Özgür Özəl yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilib
07 Aprel 2025 NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? – Fars rejimi ya masaya oturdulacaq, ya da...
06 Aprel 2025 Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
06 Aprel 2025 Ərdoğan ABŞ-a gedir? - ÖZÜ DANIŞDI
06 Aprel 2025 Ermənistan rəsmən İlham Əliyevin sözlərini təsdiqlədi
06 Aprel 2025 “ABŞ ilə yalnız bu halda danışıqlara razılıq verəcəyik”
05 Aprel 2025 “Aİ bunu etsə, NATO-dan çıxacağıq” – ABŞ senatoru
04 Aprel 2025 Putinin adamı Ağ Evdə 2 gündür, nə edir: Trampın nümayəndəsi ilə Kreml elçisi arasında məxfi diplomatiya
03 Aprel 2025 Almaniya Prezidentindən Azərbaycan səfəri ilə bağlı paylaşım - VİDEO
02 Aprel 2025 İlham Əliyev bu tarixdə Çinə səfər edəcək
02 Aprel 2025 Ukrayna bu tarixədək AB-yə daxil olmalıdır - Litva
02 Aprel 2025 BMT İranı və ABŞ-ni dialoqa çağırıb
01 Aprel 2025 Pezeşkian Azərbaycana gəlir

Dünyapress TV

Xəbər lenti