![]() |
![]() ![]() ![]() |
|
Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiya qazının Aİ-yə idxalını tamamilə dayandırmaq məqsədinə çatmaq yolunu müəyyən edib.
Musavat.xom Bloomberg-ə istinadən xəbər verir ki, AK Macarıstan və Slovakiyanın bu planı əngəlləməsi imkanını aradan qaldırmaq üçün sıfır kvotanın tətbiqinə hazırlaşır.
Mayın 6-da Komissiyanın Strasburqda təqdim etdiyi “yol xəritəsi”ndə “Rusiya qazı (boru kəməri və LNG) tədarükçüləri ilə yeni müqavilələrin imzalanması qadağan edilir, mövcud spot müqavilələrə 2025-ci ilin sonuna kimi xitam veriləcəyi” nəzərdə tutulurdu. Tam qadağa 2027-ci ilin sonuna planlaşdırılır.
O vaxtdan bəri Aİ-nin bu planı həyata keçirmək üçün hansı alətdən istifadə edəcəyi bəlli deyildi, çünki birbaşa sanksiya qadağası 27 ölkənin hamısının razılığını tələb edir, Brüssel Macarıstan və Slovakiyanın sərt etirazları ilə üzləşib. May ayında Avropa mediası AK-nin bu üzv dövlətlər tərəfindən gözlənilən vetodan yayınmağın yollarını araşdırdığını yazmışdı.
Bloomberg, öz mənbələrinə istinadən xəbər verir ki, icma çox güman ki, müvafiq qərar qəbul etmək üçün "sıfır kvotadan istifadə edərək tədarüklərə qadağa qoyacaq. Bu, effektiv yol olmaqla yalnız ixtisaslzaşmış çoxluq tələb edən ticarət tədbiridir". Agentliyin mənbələrinə görə, bu, avropalı qaz alıcılarına Rusiya tədarükçüləri ilə müqavilələrə xitam vermək üçün fors-major hallara istinad etməyə imkan verəcək.
Təklifin iyunun ortalarında irəli sürüləcəyi gözlənilir, bundan sonra AK hüquqşünasları Avropa şirkətlərinə cərimə ödəmədən Rusiya tərəfi ilə müqavilələrini ləğv etməyə imkan verib-vermədiyini müəyyənləşdirmək üçün lazımi sənədləri öyrənməyə başlayacaqlar.
Yol xəritəsi "koordinasiyalı və təhlükəsiz şəkildə" "Rusiyanın neft, qaz və nüvə enerjisinin Aİ bazarlarından tədricən çıxarılmasını" nəzərdə tutur. AK prezidenti Ursula fon der Lyayen planın təqdimatında deyib ki, “Avropanın etibarsız təchizatçı ilə enerji əlaqələrini tamamilə kəsməsinin vaxtı çatıb”
Musavat.com