Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
“Düşünürəm ki, referendum keçirilməsi və konstitusiya dəyişiklikləri gələcəyə hesablanıb. Yaxın zamanlarda referendumun keçiriləcəyini gözləmirəm”.

TEREF xəbər verir ki, bunu Qaynarinfo-ya siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. O referendumun keçiriləcəyi ilə bağlı məlumatların vaxtaşırı olaraq gündəmə gətirilməsinin səbəblərini açıqlayıb:

“Bu ola bilsin ki, şüurlu şəkildə edilir və sadəcə, nəbz yoxlaması xarakteri daşıyır. Ya da ola bilsin ki, müxalifətin ayrı-ayrı nümayəndələri, siyasi partiyalar tərəfindən ortalığa atılır. Hesab edirəm ki, bu, daha çox müxalifət nümayəndələrinin özlərinin istəklərini reallıq kimi qələmə vermək cəhdlərindən irəli gəlir. Söhbət nədən gedir? Hakimiyyətin təşkili mexanizmində demək olar ki, bütün konstitusion dəyişikliklər həyata keçirilib. Digər məsələlərdə isə konstitusion dəyişikliklərin həyata keçirilməsi inandırcı deyil. Adətən hesab edirlər ki, konstitusion dəyişikliklər və referendum Milli Məclisin say tərkibinin artırılması və proporsional seçki sisteminin bərpası ilə bağlı ola bilər. Belə ehtimallar irəli sürülür. Fikirimcə, bu o qədər də inandırıcı deyil. Milli Məclisin 125 nəfərlik parlamentlə daha çoxsaylı parlamentin idarə olunması prosesləri arasında fərq var. Bu gün 125 nəfərlik parlament daha rahat idarə olunur. Ona görə də çoxsaylı parlamentin idarə olunması əlavə problemlərin yaranmasına gətirib çıxardar”.
Siyasi şərhçi Milli Məclisin say tərkibinin artırılmasının inandırıcı görünmədiyini qeyd edib:

“Proporsional seçki sisteminin bərpa olunması məsələsi nisbətən inandırcı görünsə də, indiki şəraitdə onun bərpa olunması məqsədəuyğun sayılmamalıdır. Çünki yeni siyasi konfiqurasiya adlanan partiya sistemi formalaşıb, amma hələ də siyasi partiyaların heç biri, başda Yeni Azərbaycan Partiyası daxil olmaq şərti ilə ictimai rəyə, siyasi proseslərə əsaslı şəkildə təsir göstərmək imkanlarına malik deyillər. Bu baxımdan proporsional seçki sisteminin bərpa olunması inandırıcı görünmür”.

“Hazırda regionda və eləcə də bütün dünyada böyük geosiyasi oyunlar gedir. O cümlədən Azərbaycana təzyiqlərlə bağlı böyük oyunlar gedir, xeyli cəhdlər var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Regionda təsir dairəsi uğrunda mübarizə amansız şəkidə gedir. Rusiya, Qərb ölkələri, ABŞ, hətta bəzi hallarda İran da öz səsini qaldırmış olur. Bu baxımdan diqqət geosiyasi problemlərin həllinə yönəlməlidir”, deyə Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə, referendumun keçirilməsi müəyyən problemlər yarada bilər:

“Hakimiyyət maraqlıdır ki, daha çox geosiyasi problemləri həll etmiş olsun. Bir tərəfdən kifayət qədər xərc, eyni zamanda diqqət tələb edən işdir”.
 

Bölmənin digər xəbərləri

15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək
11 Aprel 2025 Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir
10 Aprel 2025 Lavrov Türkiyəyə niyə gedir?
10 Aprel 2025 Zaxarova: ABŞ-nin tarif siyasəti ÜTT-nin əsas qaydalarını pozur
08 Aprel 2025 Hakan Fidan İsrailə xəbərdarlıq edib
08 Aprel 2025 Prezident İlham Əliyev fərman imzaladı
08 Aprel 2025 “Putin ABŞ danışıqlarına məhəl qoymur” - Avropa Komissiyası
07 Aprel 2025 Özgür Özəl yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilib
07 Aprel 2025 NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? – Fars rejimi ya masaya oturdulacaq, ya da...
06 Aprel 2025 Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
06 Aprel 2025 Ərdoğan ABŞ-a gedir? - ÖZÜ DANIŞDI
06 Aprel 2025 Ermənistan rəsmən İlham Əliyevin sözlərini təsdiqlədi

Dünyapress TV

Xəbər lenti