Ərdoğan Trampın cavabını verdi -
"Qəzzə xalqını min illərdir mövcud olan əbədi vətənindən çıxarmağa heç kimin gücü yetməz! Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla Fələstin fələstinlilərə məxsusdur!

Bizim nəzərimizcə, sionist administrasiyanın təzyiqi altında yeni ABŞ administrasiyasının Qəzzə ilə bağlı irəli sürdüyü təkliflərin heç bir dəyəri yoxdur."

Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfər edəcəyi Asiya turnesinə başlamazdan əvvəl jurnalistlərə bildirib.

“Sionist rejiminin təzyiqi ilə yeni ABŞ administrasiyasının Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim baxımımızdan müzakirə ediləcək heç bir tərəfi yoxdur. Bunların hamısı Qəzzada suyu bulandırmaq cəhdləridir” – deyə, Ərdoğan söyləyib.

Türkiyə Prezidenti qeyd edinb ki, İsrailin hiylələrinə, oyunlarına rəğmən, məhbus və əsir mübadiləsi davam edir.

"Biz HƏMAS-ın verdiyi sözə sadiq qaldığını müşahidə etməkdən məmnunuq. Təəssüflər olsun ki, İsrail rəhbərliyinin atəşkəsi qalıcı etmək əvəzinə daha məkrli və qeyri-insani planların olduğunu görürük" -deyə, o, bildirib.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini açıqlamışdı. “Reuters” agentliyi xəbər vermişdi ki, Amerika lideri Qəzzanı “söküntü yeri” kimi qiymətləndirir və “insanları həyat üçün yararsız torpaqda yaşamağa məcbur etməyi qeyri-insani” hesab edir və gələcəkdə fələstinlilərin anklavdan köçürülməsini planlaşdırır.



 
 

 
 
 

Bölmənin digər xəbərləri

11 Fevral 2025 Zelenskidən “yox” deyilməyəcək təklif: Əgər gənclər istəsələr…
10 Fevral 2025 Tramp Blinken və Sallivanın məxfi informasiyalarla bağlı icazələrini ləğv edib
10 Fevral 2025 Zaxarova Baltikyanı ölkələrin BRELL-dən ayrılmasını şərh edib
09 Fevral 2025 Netanyahudan SON DƏQİQƏ açıqlaması: "HƏMAS-ı tamamilə məhv edəcəyik"
09 Fevral 2025 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
08 Fevral 2025 Tramp Baydeni bundan məhrum etdi
07 Fevral 2025 Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
06 Fevral 2025 İsrail BMT-nin İnsan Hüquqları Şurasından çıxır
06 Fevral 2025 Trampın Ukrayna planı bu tarixdə açıqlanacaq – Kelloq təqdim edəcək
05 Fevral 2025 Ərdoğandan Suriya liderinə JEST - FOTO
05 Fevral 2025 SENSASİON AÇIQLAMA: “İran heç vaxt İsraillə döyüşmək niyyətində olmayıb”
04 Fevral 2025 Çin bu ay BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
03 Fevral 2025 Ağ Evin BU PLANI uğursuz olacaq - Ukraynadan SƏRT MÖVQE
03 Fevral 2025 Qətər Trampın təklifinə qarşı çıxdı
03 Fevral 2025 NATO Baş katibi müharibəyə hazırlığa çağırdı
02 Fevral 2025 Paşinyan Trampdan rədd cavabı aldı
02 Fevral 2025 “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
01 Fevral 2025 Tramp: Putinlə danışmaq niyyətindəyəm
01 Fevral 2025 NATO hərəkətə keçir - TRAMPIN QRENLANDİYA PLANLARINI ƏNGƏLLƏMƏK ÜÇÜN
31 Yanvar 2025 Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...

Dünyapress TV

Xəbər lenti