Sülh müqaviləsi imzalanarsa...
Yaxın və Orta Şərqi özünün proksi-qüvvələri, terror çətələri ilə əhatələmiş İranın Azərbaycana qarşı təhdidləri, hədələri ara vermir. Son günlər Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi isə İranın Azərbaycana qarşı aqressiyasının daha da artmasına səbəb olub. Zəngəzur dəhlizinin mühüm geosiyasi rıçaqlardan birinə çevrilməsi rəsmi Tehranı ciddi şəkildə narahat edir. İranın xarici işlər naziri Abbas Əraqçinin və digər diplomatların, deputatların Zəngəzur dəhlizi əleyhinə ard-arda bəyanatlar verməsi də məhz bu əsassız narahatlıqdan qaynaqlanır. Molla rejiminin sözçüləri hesab edirlər ki, Zəngəzur dəhlizi İranın “qırmızı xətti”dir. Rusiyanın Tehrandakı səfirinin İran XİN-nə çağırılması və ona Zəngəzur dəhlizi ilə bağlı sərt xəbərdarlığın edilməsinin ardınca, İranın Ermənistandakı səfiri Mehdi Sobhani bəyan edib ki, “Zəngəzur dəhlizi” deyilən layihə reallığa çevrilə bilməz və Ermənistanın ərazi bütövlüyü onlar üçün “qırmızı xətt”dir. İranın xarici işlər naziri Abbas Əraqçi də oxşar açıqlama ilə çıxış edib. O, özünün “X” hesabında bildirib ki, qonşu dövlətlərin sərhədlərindəki hər hansı dəyişiklik İran üçün "qırmızı xətt" deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. Həmçinin İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi də ötən gün Zəngəzur dəhlizini əleyhinə çıxış edib. O, "Mehr" agentliyinə açıqlamasında deyib ki, İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək. Görünən budur ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı pozucu mövqeyindən heç cürə əl çəkmək fikrində deyil. Lakin reallıq hissini itirən molla rejimi anlamalıdır ki, Zəngəzur dəhlizi İranın əngəlləyə biləcəyi sıradan bir layihə deyil. Zəngəzur dəhlizi qitələrarası əhəmiyyətə malik olan meqa-layihədir. Bu dəhliz Avropa və Asiya bazarları arasında mühüm ticarət marşrutu kimi böyük potensiala malikdir. Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çindən Avropaya böyük həcmdə yüklərin daşınmasına şərait yaradacaq. Çindən və Avropa Birliyindən əlavə, ABŞ və Rusiya kimi qlobal aktorlar da sözügedən dəhlizin açılmasına xüsusi maraq göstərir. Bu mənada iranlı diplomatların və parlamentarilərin isterik açıqlamaları suyu bulandırmaqdan başqa bir şey deyil. İran rəsmiləri “qırmızı xətt”in yerini səhv salıblar. Zəngəzur dəhlizi İranın “qırmızı xətti” ola bilməz. Molla rejiminin süni maneələrinə baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi, regional müstəvidən beynəlxalq geopolitik maraqların toqquşması mərkəzinə çevrilib. Ekspertin sözlərinə görə, İranın Zəngəzur dəhlizinə qarşı olmağı əsasən, Türkiyə və Azərbaycan tandeminin Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeyinin güclənməsi, həmçinin nəqliyyat-lojistika marşrutları üzərində tam nəzarətindən irəli gəlir:

"Tehran açıq şəkildə təhdid dilində danışır və Turan birliyinin bir layihəsi kimi avantürist çıxışlar edir. Türkiyənin susqunluğu fonunda Rusiyanın dəhlizlə bağlı mövqeyi Tehranla Moskva arasında siyasi böhrana gətirib çıxarıb. Zəngəzur dəhlizi açılarsa, Çin və Mərkəzi Asiyadan gələn yüklər İran ərazisindən deyil, bu yoldan keçəcək. Bu da İranın maliyyə imkanlarının əlindən çıxması deməkdir. Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı Ermənistana "Kalininqrad variantı"nı təklif edib. Halbuki bu, dəhliz deyil, Azərbaycan vətəndaşlarının və yüklərinin maneəsiz Naxçıvana daxil olmasıdır. Bu təklif Ermənistan tərəfindən qəbul edilərsə, dəhliz variantı gündəmdən düşəcək və İranın "narahatlıqları" aradan qalxacaq. Ermənistan Rusiya və İran arasında gərginliyin inkişafında maraqlıdır. Yerevan İranla Azərbaycan və Türkiyə ilə münasibətlərinin korlanmasında maraqlıdır. Bununla öz oyununu oynamaq istiqamətində siyasət həyata keçirir".
Analitik vurğulayıb ki, 40 km. Zəngəzur yoluna nəzarət uğrunda ABŞ və Rusiya kəskin rəqabət aparır: "İran isə ümumiyyətlə etiraz edir. Türkiyə hələlik prosesləri izləyir. Azərbaycan bu məsələni sülh müqaviləsindən sonraya saxlayıb. Rusiya Azərbaycanın Zəngəzur dəhlizini zorla açmasında maraqlıdır. Yəni Azərbaycan Ordusu Zəngəzura daxil olur və bölgəni sabitləşdirmək məqsədilə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası hərəkətə keçərək, Zəngəzur dəhlizində dayanır. Rusiyanın planı bundan ibarətdir. Amma Azərbaycan üçün risklidir və rəsmi Bakı belə bir planda yer almayacaq. İran Rusiyanın yola nəzarət etməsində maraqlı deyil. Çünki Türkiyə və Azərbaycanla birgə koordinasiyalı fəaliyyət göstərəcək. Zəngəzur dəhlizi regional məsələdən beynəlxalq geopolitik maraq dairəsinə daxil olub. Bu dəhlizə nəzarət etmək uğrunda mübarizə aktiv fazaya keçib. Azərbaycan və Ermənistan sülh müqaviləsini tezliklə bağlayarsa, Zəngəzur dəhlizi "Kalininqrad variantı" ilə açıla bilər".
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək

Dünyapress TV

Xəbər lenti