ATƏT Bakı ilə İrəvan arasında sülhə necə töhfə verə bilər?
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.

Bu barədə İrəvanda səfərdə olan ATƏT sədri Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər "Azərbaycan və Ermənsitan arasında davam edən siyasi prosesi, sülh prespektivlərini, əsas təhlükəsizlik və humanitar narahatlıqları" müzakirə ediblər.

"Azərbaycan və Ermənistan arasında dayanqılı və hərtərəfli sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır. İrəliləmək üçün dialoq və diplomatiya əsas və yeganə vasitələrdir. Biz ATƏT olaraq tərəflərlə daha çox işləməyə və humanitar məsələləri dəstəkləməyə hazırıq. Biz həmçinin müsbət impuls yaratmağa və nəticələr əldə etməyə yönələn bütün milli və beynəlxalq səyləri və təşəbbüsləri dəstəkləyirik", - o deyib.

ATƏT sədri Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasıan da toxunub: "Delimitasiya ilə bağlı irəliləyiş tamamilə dəyərli və təqdir olunası bir addımdır".

Maraqlıdır, ATƏT Azərbaycan və Ermənistanın razılığı ilə sülhün bərqərar olunmasına töfhə verə bilər?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, ATƏT-in bu prosesdə vəzifəsi Ermənistanı sülhə təşviq etmək ola bilər:

“1992-ci ildə Qarabağ münaqişəsinin nizamlanması prosesini ATƏM öz üzərinə götürdü. Təəssüflər olsun ki, otuz il ərzində ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) Qarabağ münaqişəsinin nizamlanmasına heç bir töhfə vermədi.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri Ermənistanı dəstəkləyirdilər və bu münaqişədə yalnız öz maraqlarını güdürdülər. Ona görə də Azərbaycan öz torpaqlarını öz gücü ilə azad etmək qərarına gəldi. Bu gün Azərbaycan öz gücü ilə nəinki öz torpaqlarında, hətta bütöv bir regionda ədaləti və sabitliyi bərqərar etdi.

O ki qaldı indiki dövrdə ATƏT-in Minsk qrupunun Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verməsinə, ATƏT-in bu prosesdə vəzifəsi yalnız Ermənistanı sülhə təşviq etmək olmalıdır. Çünki bu prosesə əngəl yaradan yeganə ölkə Ermənistandır.

Qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması üçün beş baza prinsipi təqdim edib. Bu prinsiplər beynəlxalq hüququn normalarına əsaslanır. Bu baxımdan, ATƏT Azərbaycanın mövqeyini nəzərə almalı və Ermənistana sülh prosesində aktiv olması üçün təzyiq etməlidir”.

ATƏT-in Minsk qrupunun rəsmi olaraq nə zaman ləvğ olunacağına gəlincə, O.Qasımov bunun heç bir əhəmiyyətinin olmadığını bildirib:

“44 günlük Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri regiona yalnız bir dəfə səfər ediblər. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev onlara Azərbaycan-Ermənistan sülh prosesinə dəstək üçün xüsusi gündəlik irəli sürmələrini təklif etmişdi. Halbuki həmsədrlər bu istiqamətdə addım atmadılar.

Ümumiyyətlə, heç bir fəaliyyəti olmayan ATƏT-in Minsk qrupunun rəsmi olaraq ləvğ olmasının heç bir əhəmiyyəti yoxdur. Onu da nəzərə alaq ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları heç bir vasitəçi olmadan ikitərəfli qaydada aparılır”.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər

Dünyapress TV

Xəbər lenti