Blinken İlham Əliyevə zəng etdi -
Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.

Həmçinin dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.

Prezident İlham Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.

Dövlətimizin başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.

Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Antoni Blinken bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə apardığı müzakirələri qeyd edərək, ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb. O, həmçinin COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edib.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını bildirib. \\Musavat.com
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər

Dünyapress TV

Xəbər lenti