Hikmət Hacıyevin İsrailə ani səfərinin pərdəarxası – Nə baş verir?
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib.
Səfərin ani olması və gözlənilmədən baş verməsi diqqət çəkir. Bir digər məsələ də H.Hacıyevin keçirdiyi görüşlərdir. Belə ki, o, əvvəlcə İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi, daha sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Hər iki görüşlə bağlı informasiya çox azdır.
Lakin bununla belə son zamanlar Ermənistanla Azərbaycan arasında gərginliyin artması və təxribatların intensivləşməsi Hacıyevin keçirdiyi görüşlərdə nələrin müzakirə olunduğuna dair ipucları verir.
Ronen Levi ilə görüşdə ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edilib.
Prinsip etibarilə Azərbaycan-İsrail münasibətləri hərbi-siyasi, iqtisadi-diplomatik və digər sahələrdə yükək səviyyədə inkişaf edir.
Aydın məsələdir ki, H.Hacıyev Ronen Leviyə bunu xatırlatmaq üçün İsrailə getməyib. Məsələ ondadır ki, Araik Arutyunyanın “istefası”ndan sonra Xankəndi və ətraf ərazilərdəki separatçılar arasında böhran dərinləşir. Bu, rəsmi Bakının əraziyə nəzarəti tam ələ keçirməsi baxımdan ideal fürsətdir. Yəni “seçki” zamanı və ya sonrasında vəziyyət silahlı insidentə keçərsə, Bakının Xankəndiyə müdaxiləsi baş tuta bilər.
Ermənistan silahlı qüvvələrinin 1 sentyabr təxribatlarına Azərbaycan tərəfi layiqli cavab versə də, aydın məsələdir ki, bu təxribatların ardı gələcək. Buna görə də rəsmi Bakı ehtimal ssenarilərə qarşı qabaqlayıcı tədbirlər görür.
Həm Ermənistanın şərti dövlət sərhədində təxribatları və Azərbaycanın buna verəcəyi cavab fonunda, həm də Bakının Xankəndiyə müdaxilə ehtimalı halında regionda gərginlik yenidən pik həddə çata bilər.
Rəsmi Bakı belə olan təqdirdə Ermənistanın dezinformasiyalara əl atacağı və dünya miqyasında başladacağı ehtimal kampaniyaların qarşısını almaqdan ötrü diplomatik təmasları intensivləşdirib.
Mümkündür ki, H.Hacıyev Ronen Levi ilə bu məsələləri müzakirə edib. İsrailin Baş naziri B.Netanyahu ilə görüş zamanı da yuxarıda qeyd etdiyim detallardan bəhs edildiyini demək olar.
Hacıyev-Netanyahu görüşündən sonra Azərbaycanın İsraildəki səfirliyinin “X” səhifəsində bu paylaşım edilib:
“Benyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevin salamlarını və ən xoş arzularını Baş nazirə çatdırıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub”.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlərin müzakirə olunması diqqət çəkir. Mümkündür ki, bu perspektivlər yuxarıda qeyd etdiyim məsələlərlə bağlıdır.
Politoloq Turan Rzayev
Teref.az

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək

Dünyapress TV

Xəbər lenti