![]() |
![]() ![]() ![]() |
|
"Euronews" telekanalı Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı reportaj hazırlayıb.
Musavat.com xəbər verir ki, telekanal Azərbaycan prezidenti İlham Əliyevin neft hasil edən ölkələri qlobal iqlim problemlərini həll etmək üçün daha çox pul ödəməyə çağırmasına diqqət çəkib.
O, 6-cı Peterburq İqlim Dialoqunda çıxış edərək deyib: “Həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və necə uğur qazanacağımız buna bağlıdır. Hər bir ölkə öz maliyyə imkanlarına və gündəliyinə uyğun olaraq üzərinə düşən işi görməlidir”.
"Euronews" Prezident Əliyevin ölkənin COP29 ilə bağlı ambisiyaları barədə bu açıqlamasına da yer verib:
“Biz bütün tərəflər üçün rahat bir mühit yaratmaq istəyirik. Qoşulmama hərəkatında körpülərin qurulmasında böyük təcrübəmiz var”.
Reportajda qeyd edilib ki, Azərbaycan lideri, həmçinin sərhədyanı əməkdaşlığın vacibliyini vurğulayıb:
“Biz Avropa İttifaqı ölkələri ilə fəal işləyirik. Biz strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladıq”.
Musavat.com
Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ölkəmizə dövlət səfəri çərçivəsində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.