Rusiyanın xalq artisti, məşhur aktyor Mixail Boyarski infarkt keçirməsi səbəbindən reanimasiyaya düşüb. Bakupost.az "MK"ya istinalda xəbər verir ki, 73 yaşlı Boyarski bir gün əvvəl infarkt keçirib baş verib. "Hazırda onun vəziyyəti stabilləşib və həkimlər xəstəni adi palataya köçürüblər", -deyə xəbərdə bildirilir. Mixail Boyarskinin oğlu Sergey “İzvestiya”ya atasının infarkt keçirdiyini təsdiqləyib. "Atam infarkt keçirdi, bu gün özünü yaxşı hiss edir, onunla telefonla danışdım, səsi gümrahdır, adi palatadadır", - o deyib. Qeyd edək ki, 73 yaşlı sənətçi hazırdaMariinski xəstəxanasındadır.