Hər il yerli filmləri “Oscar” mükafatına namizəd göstərən Rusiya “Oscar” Komitəsi işini dayandırıb.“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin üzvü, prodüser Fyodor Popov məlumat verib.O qeyd edib ki, komitənin fəaliyyətinin dayandırılması təşkilatın çoxlu sayda üzvünün ölkədən getməsi ilə bağlıdır.““Oscar”ın namizədlik komitəsi işlədiyi vaxt mən onun tərkibində idim. İndi onun sıraları xeyli azalıb və fəaliyyəti dayanıb”, - Popov bildirib.