“Qarabağ”ın “Olimpiya” ilə oyunu niyə ölkədə yayımlanmadı?
“Qarabağ” klubu Sloveniyada “Olimpiya”ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun Azərbaycanda yayımlanmamasına münasibət bildirib.

Klub bu barədə rəsmi feysbuk hesabından paylaşın edib.

“Hörmətli azarkeşlər, “Olimpiya” – “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir. Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”, – deyə yazıda vurğulanıb.

Qeyd edək ki, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib.
 

Dünyapress TV

Xəbər lenti