Rusiyanın “əmlak kralları”:
Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan yəhudi əsilli Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri “Kievskaya ploşad” şirkəti olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan “Forbes” jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan “Rusiyanın daşınmaz əmlak kralları” adlı hesabatda yer alıb.

Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus “Kievskaya ploşad” şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 600 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 65 milyon dollar azalıb.
Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan “Evropeyskiy” ticarət mərkəzi (180 min kvadrat metr) və “Fud siti” kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda “Kievskaya ploşad” şirkətinin sərəncamında ümumi sahəsi 2 milyon 154 min kvadrat metr olan ticarət mərkəzləri, 148 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 550 otaqdan ibarət otelləri var.

Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci ildə Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.

“Rusiyanın daşınmaz əmlak kralları”nın siyahısında daha bir azərbaycanlı “Krokus Qrup” şirkətinin sahibi Araz Ağalarov yer alıb. 2016-cı ildə siyahıda 11-ci yerdə olan Araz Ağalarov 2017-ci ildə 6 pillə irəliləyərək 5-ci sıraya yüksəlsə də, 2018-ci il ərzində mövqeyini dəyişməyərək 5-ci pillədə qərarlaşıb. 2019-cu ildə Araz Ağalarov daşınmaz əmlakın icarəsindən 370 milyon dollar pul qazanaraq 6-cı sıraya geriləyib. 2020-ci ildə Araz Ağalarovun gəliri 130 milyon dollar azalaraq 240 milyon dollara düşüb və siyahıdakı mövqeyi 7-ci sıraya geriləyib. 2021-ci ildə gəlirini 85 milyon dollar artıraraq yenidən 6-cı sıraya yüksəlib. Ötən il isə gəlirləri 85 milyon dollar azalıb və 8-ci sıraya geriləyib.

Qeyd edək ki, “Krokus” şirkətinin sahibi 2015-ci il üçün tərtib edilən “Rusiyanın daşınmaz əmlak kralları”nın siyahısında 7-ci yerdə olub. Araz Ağalarova məxsus daşınmaz əmlaka “Krokus Ekspo” (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən “Vegas” ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 235 otaqlı otel, 854 min kvadrat metr sahəsi olan ticarət mərkəzi var.

2021-ci ildə olduğu kimi ötən ildə də “Daşınmaz əmlak kralları” adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.

Rusiyada “Daşınmaz əmlak kralları”nın ilk 10-luğunu təqdim edirik:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1677863329_2.jpg
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti