Əmanətlərin Sığortalanması Fondunun özbaşınalığı artıb - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
“Hazırda 21 müflis bank ləğv prosesindədir. Ləğvedici də Əmanətlərin Sığortalanması Fondudur (ƏSF). ƏSF-in işi həmin bankların əmlakını baha qiymətlə satmaq və verdiyi kreditləri qaytarmaqdır. Əldə olunan vəsait də kreditorlar (bankda pulu qalmış şəxslər) arasında mütənasib şəkildə bölüşdürülməlidir. Bu prosesin düzgün həyata keçirilməsi üçün şəffaflıq və ictimai nəzarət lazımdır”.

TEREF.AZ gununsesi.info-ya istinadla bildirir ki, bunu bank məsələləri üzrə ekspert, tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, ilk növbədə də kreditorların nəzarəti lazımdır:
“Çünki müflis banklar faktiki onlara məxsudur.
Lakin reallıqda kreditorlar bu prosesə heç yaxın da buraxılmır. ƏSF onlara adekvat məlumat vermir. Prosesə formal nəzarəti Apellyasiya Məhkəməsi həyata keçirir. Amma həmin məhkəmə icraatı da şəffaf deyil, kredtiorlar komitəsinə heç bir məlumat verilmir. ƏSF-in rəhbəri Azad Cavadov və Vüqar Abdullayev olanda o, daha şəffaf idi. Son illər ərzində ƏSF-in özbaşınalığı artıb.

Belə ki, ƏSF bankların əmlakını qeyri-şəffaf satır. ƏSF bankların əmlakının əksər hissəsini ümumiyyətlə satmır, bəzilərini xəlvəti idarə edib (məsələn, icarəyə verir), gəlir götürür.
Fond, həmçinin bankların kreditləri üzrə borcalanlara kreditorların maraqlarına zidd və onlardan xəbərsiz olaraq güzəştlər edir, bəzi kreditləri tələb etmir, iddia müddətlərini buraxır, bu işləri savadsız, qeyri-dürüst aparır”.

Ekspert deyir ki, ƏSF bankların ləğvinə yüksək və kreditorların maraqlarına zidd şəkildə xərclər çəkir: “ƏSF daxil olan vəsaitləri kreditorlar arasında qeyri-dürüst bölüşdürür. Bu siyahını davam etdirmək olar. Əsas odur ki, məhz bu qanunsuz və özbaşına fəaliyyətinin ifşasından qorxaraq ƏSF kreditorlara məlumat vermir”.

“Çıxış yolu nədir” sualına isə Əkrəm Həsənov belə cavab verir:
“Müflis bankların kreditorları birləşməlidir. İlk növbədə kreditorlar komitələri qurultay keçirməli və mövcud problemləri müzakirə edərək ƏSF-ə qarşı yekdil müqavimət (mübarizə) strategiyasını razılaşdırıb hərəkətə keçməlidirlər.

Bu niyə vacibdir? Kreditorların hüquqları qorunmayan ölkədə əlverişli investisiya mühiti ola bilməz. Həmin ölkəyə pul qoyan olmayacaq. Xüsusilə banklara heç kəs pul qoymayacaq. İnsanların və sahibkarların pulunu əvvəlcə banklar və onlara nəzarət edənlər yeyib-dağıdır, sonra da olan-qalan əmlakın başına ƏSF daş salır. Buna son qoyulmalıdır”.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti