ARDNF-in aktivləri 49 milyard dolları keçib
2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 8,9% artaraq bu il yanvarın 1-nə 49 033,6 milyon ABŞ dolları təşkil edib.

Cebhe.info bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, ötən il ARDNF-in büdcə gəlirləri 9 586 milyon ABŞ dolları, büdcə xərcləri isə 4 699 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 22,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 15,2 milyon manat yönəldilmişdir.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 27.9 milyon manat təşkil etmişdir.

2022 il ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 461.3 milyon ABŞ dolları azalma müşahidə olunmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon ABŞ dolları təşkil etmişdir.

4-cü rüb ərzində iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, eləcə də, ABŞ-da inflyasiya göstəricisinin nisbətən aşağı düşməsi mərkəzi bankların növbəti dövrlərdə daha yumşaq monetar siyasətə keçidinə dair ehtimalı artmışdır ki, bu da investorlar tərəfində müsbət siqnal kimi qarşılanmışdır. Belə ki, sonuncu rüb ərzində səhm və istiqraz alətləri bazarlarında ilin digər rüblərinə nisbətən müsbət gəlirlilik müşahidə olunmuşdur.

Eyni zamanda 4-cü rüb ərzində ABŞ-da uçot faiz dərəcələrinin artım tempininin digər rüblərlə müqayisədə nisbətən aşağı olması və növbəti dövrlərdə tempin daha da azalması gözləntiləri, eyni zamanda Avropa Mərkəzi Bankının uçot faiz dərəcələrinin artımının daha uzun müddətdə davam edilməsinə dair planları ötən il ərzində daha çox dəyər qazanan ABŞ dollarının zəifləməsi, avronun və digər əksər valyutaların isə güclənməsi ilə nəticələnmişdir.

2022-ci il ərzində beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. İlin əvvəlindən baş verən geosiyasi gərginlik və bunun enerji qiymətlərinə təsiri, eləcə də, mərkəzi bankların sərt monetar siyasətlərin davamlı olacağına dair bəyanatları maliyyə bazarında artan inflyasiya dərəcəsi fonunda müşahidə olunan dalğalanmaları daha da artırmışdır. İl ərzində mərkəzi bankların rəsmilərinin monetar siyasət ilə bağlı qarşıdakı dövrlər üzrə planlarına dair bəyanatları, eləcə də, buna təsir edən inflyasiya və əmək bazarına dair iqtisadi göstəricilər maliyyə bazarlarına təsir edən əsas amillər kimi qeydə alınmışdır. Belə ki, ABŞ-da inflyasiya dərəcəsi son aylarda nisbətən düşmə trendini nümayış etdirsə belə, əmək bazarının dayanlıqlı olması və bunun inflyasiya dərəcəsinə adətən müsbət təsir etməsi FED-in sərt monetar siyasətinin 2023-cü ilin əvvəlində də davam etməsinə işarə edir. Avropa və Birləşmiş Krallığa gəldikdə isə, bu regionlarda inflyasiya dərəcəsinə dair gözləntilərin hələ də kifayət qədər yüksək olması, eyni zamanda Birləşmiş Krallıqda əmək bazarında işçi qüvvəsinin çatışmazlığı mərkəzi bankların sərt monetar siyasətinin ABŞ ilə müqayisədə daha yüksək temp ilə davam etməsinə işarə edir.

Yuxarıda qeyd edilən baş vermiş hadisələr səbəbindən il ərzində neft və qaz satışından əldə olunan daxilolmalar artmışdır ki, bu da ARDNF-nin investisiya portfelinin həcmində öz əksini tapmışdır.
 
 
 

Bölmənin digər xəbərləri

31 Yanvar 2025 AZAL rəhbərliyi nə qədər qazanır? - Əlavə ödənişlər,mükafatlar.....
31 Yanvar 2025 Sanksiya altında olan rusiyalı senator 4 il ABŞ-dəki payından faydalanıb
30 Yanvar 2025 Dollarla bağlı qərar verildi: FED faiz dərəcələrini sabit saxla
30 Yanvar 2025 AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
29 Yanvar 2025 Zelenskinin Azərbaycan qazı ilə bağlı bəyanatı Fitsonu özündən çıxardı
29 Yanvar 2025 Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
28 Yanvar 2025 Bu məhsulun istehsalına görə verilən subsidiya artırıldı
28 Yanvar 2025 “Ən böyük bank 5 saatdır problemini həll edə bilmir” –"Kapital Bank"la bağlı ekspert rəyi
28 Yanvar 2025 “Exchange”lərə maraq niyə azdır? – Ekspert səbəbləri açıqladı
28 Yanvar 2025 Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları artırıldı
27 Yanvar 2025 Bakıda fantastik qiymətlərə mənzillər: Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
26 Yanvar 2025 Dəniz nəqliyyatı ilə beynəlxalq yük daşımaları 2%-ə yaxın artıb
26 Yanvar 2025 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 9% artıb
26 Yanvar 2025 Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
25 Yanvar 2025 Müxtəlif qitələrin ən varlı insanları – SİYAHI
25 Yanvar 2025 Tramp neftin qiymətinin Ukrayna böhranının həllinə maneə olduğunu deyib
25 Yanvar 2025 Mənbə: Aİ Ukrayna üzərindən Rusiya qazının tranzitini müzakirə edə bilər
24 Yanvar 2025 Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43% azaldıb
23 Yanvar 2025 Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
22 Yanvar 2025 Şəkərin qiyməti 4 ilin ən aşağı səviyyəsinə düşdü

Dünyapress TV

Xəbər lenti