Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bir müddət öncə bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. O, dana və quzuların erkən yaşda kəsilməsinin əleyhinə olduğunu qeyd edib,

Deputatın təklifi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Modern.az-a bildirib ki, dünya praktikasında qeyri-peşəkarlar aqrar sahə ilə bağlı təkliflər vermir, qanunda dəyişikliklə bağlı çıxışlar etməkdən çəkinirlər:

“Sahəni dərindən bilmədən sahə ilə bağlı nəsə danışmaq yersizdir. Bütün ölkələrdə qədim zamanlardan heyvanların kəsim zamanını sahibkarlar müəyyən edir. Heyvanın kəsim zamanı heç bir ölkədə dövlət qanunu ilə tənzimlənmir. Bunu kim uydurdu, kim dildən-dilə gəzdirdi bilinmir. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun da çıxışı olmuşdu. İndi də Aqrar siyasət komitəsinin sədrinin belə bir çıxış etməsi yalnızca qeyri-peşakarlıqdan irəli gəlir. Çünki heyvanlar ilk aylarda daha sürətlə inkişaf edirlər. Məsələn, quzular 6 ay müddətinə, eləcə də buzovlar 6-7 müddətinə sürətə inkişaf edirlər. Sonrakı etapda isə gündəlik yem tələbatı artır. Elə bil ki, bütün canlılar ilk etapda sürətlə inkişaf edir. Sonrakı etapda isə təbii inkişaf dayanır və ancaq qidalanma hesabına inkişaf mümkün olur”.

V.Məhərrəmli bildirib ki, Azərbaycanda ot və yem çatışmazlığı var:

“Biz tələbatımızdan 2.5 dəfə az ot, 15 dəfə az qüvvəli yem istehsal edirik. Belə bir halda heyvanları uzun müddətə saxlamaq mümkün olmayacaq. Olsa da, baş sayı azalacaq. Ölkəmizdə 1.8 milyon xırdabuynuzlu, 350 min iribuynuzlu heyvan sayı azalıb. Bunun səbəbi kifayət qədər yem olmamasıdır. Əgər yem olarsa, niyə sahibkarlarımız daha az heyvan saxlasınlar?! Azərbaycanda ətin qiyməti regionda ən yüksək dərəcədədir. Ət istehsal edib satmaq sahibkarlarımıza sərf etdiyi halda bunu etmirlər, çünki örüş əraziləri tükənib, məhsuldarlıq aşağı düşüb”.

Müsahibimiz qeyd edib ki, kənd təsərrüfatı naziri və Aqrar siyasət komitəsinin üzvləri nə etdiyini bilmirlər:

“Yaxşı olar ki, onlar nəsə deməzdən əvvəl mütəxəssislərlə məsləhətləşsinlər. Əgər imkan yaradılarsa, Aqrar siyasət komitəsinin üzvlərindən özünü ən hazırlıqlı hesab edənlərlə bu məsələni müzakirə etməyə hazıram. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi bu sahədə çalışan sahibkarlara ciddi problem yarada bilər. Məmurlar elə deməklə deyil, mən bilirəm ki, onların əksəriyyəti 4-5 aylıq quzu əti ilə qidalanırlar. Bu əgər qanun şəklində həyata keçirilərsə, fermerlərlə yanaşı, istehlakda da ciddi problemlər yaradacaq. Elə adamlar var ki, onlar quzu əti yeyə bilir, amma toğlu ətini yeyə bilmir. Yaxşı olar ki, hər kəs öz bildiyi sahə üzrə danışsın. Bu sahə olduqca mürəkkəbdir, onsuz da bərbad vəziyyət yaradıblar, daha da pis günə qoya bilərlər”.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti