Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Dövlət Statistika Komitəsi (DSK) 2024-cü ilin noybar ayının yekunları üzrə 138 çeşiddə qida məhsullarına dair qiymət monitorinqinin nəticələrini açıqlayıb. Hesabata görə, son 1 ildə bu məhsulların qiymətində inflyasiya 4,4 faiz təşkil edib. Bu o deməkdir ki, insanlar ötən il 100 manata aldıqları şərti qida səbətinə indi 104,4 manat ödəməli olurlar.

Ucuzlaşan məhsullar

Qiymət monitorinqinin nəticlərinə görə, ən çox ucuzlaşan əsas qida məhsulları aşağıdakılar olub:

badımcan - 37%;

xiyar (istixana) - 34%;

pomidor (istixana) -12%;

kartof - 16,2%;

qarabaşaq yarması – 13%;

armud - 12,6%;

günəbaxan yağı – 10%;

manna yarması – 8,3%;

kök – 7%;

alma – 3,1%;

mərci – 2,7%;

noxud – 2,3%;

soğan 1,4%

buğda unu – 1,1%;

vermişel – 1,1%.

Bu azalmalar orta qiymət göstəricisinə əsasən müəyyənləşdirilib. Lakin DSK-nın hesabatında yerli və idxal məhsullarında qiymət dəyişikliyinin fərqli olduğu görünür. Məsələn, Azərbaycanda istehsal edilən uzun düyünün 6,3% ucuzlaşdığı, idxal olunan uzun düyünün isə 9,1% bahalandığı qeyd edilib. Yaxud yerli kartofun 17%, idxal olunan kartofunsa cəmi 4% ucuzlaşdığı göstərilib.

Bahalanan məhsullar

Aylıq monitorinqin nəticlərinə görə, səbətə daxil olan 138 qida növünün böyük əksəriyyətinin qiymətində artım olub. Ən çox bahalanan əsas qida məhsulları aşağıdakılar olub:



sarımsaq - 48,5%;

göyərti – 21%;

kələm – 20%;

qoyun əti – 16%;

filtirli siqaretlər – 15%;

şokoladlı konfetlər- 12,5%;

zeytun yağı – 11,5%;

kərə yağı – 11%;

araq – 10%;

kəsmik – 6,4%;

sümüksüz mal əti-6%;

balıq konservi – 5,5%;

meyvə şirəsi – 5,5%;

yumru düyü -4.9%:

kolbasa – 4,5%;

toyuq əti - 3,7%;

xama - 3%.

Hesabata görə, bir sıra meyvə və tərəvəz növlərində də qiymət artımları qeydə alınıb.



4,4%-lik qida inflyasiyasiyası nə dərəcədə realdır?

Rəsmi inflyasiya ölçümünə etibarın zədələndiyi ölkələrdə (məsələn,Türkiyədə) infyasiyanı həm də müstəqil tədqiqat mərkəzləri hesablayırlar. Azərbaycanda belə institutlar sıradan çıxarılıb. Mütəxəssislər hesab edirlər ki, hətta üzdə olan rəsmi məlumatlara əsasən də hökumətin inflyasiya göstəricisilərindəki uyğunsuzluğu üzə çıxarmaq imkanları qalır.

Əvvəla, media hər ay elan olunan qiymətlərin reallığa nə dərəcədə uyğun gəlib-gəlmədiyini yoxlaya bilər. Məsələn, əhalinin böyük əksəriyyəti 19-20 manatdan yuxarı qoyun əti ala bilmirsə, amma qiymət monitorinqi orta qiyməti 16-17 manat olaraq göstərirsə, bu halda cəmiyyət qiymətlərlə bağlı məlumatların doğru toplandığına şübhə edə bilər.

Doğrudur, statistika orta qiymət göstəricisində həm yoxsul əhali qrupunun aldığı nisbətən ucuz qoyun ətinin, həm də nisbətən imkanlı təbəqənin aldığı quzu ətinin qiymətini nəzərə alır. Lakin burda ən vacib məqam odur ki, statistika hər ikisinin satış göstəriciləri barədə də etibarlı məlumatlar toplamalıdır. Əks halda infyasiya göstəricisinin etibarlılığı əhəmiyyətli dərəcədə azalır və rəsmi qurumlar üçün manipulyasiya imkanları yaranır.

Öyrənilməsi vacib olan digər məlumat pərakəndə satış şəbəkələrində ayrı-ayrı qida məhsullarının satışında yerli və ixal məhsullarının xüsusi çəkisidir. Onların satışının real həcmi inflyasiyanın real səviyyəsini ortaya çıxarır.

Məsələn, DSK-nın noyabr ayı üzrə açıqladığı son qiymət monitorinqi məhz bu göstərici ilə bağlı bəzi şübhələr yaradır. Hesabata görə, son 1 ildə uzun düyünün orta pərakəndə satış qiyməti cəmi 0,6% artıb. Amma idxal edilən uzun düyü 9,1%, eyni növ yerli məhsul isə 6,3% ucuzlaşıb. Yekun infyasiya rəqəmini hesablamaq üçün əsas göstərici olan orta qiymətsə faktiki olaraq dəyişməyib. Halbuki elə həmin rəsmi statistikanın ərzaq təhlükəsizliyi ilə bağlı məlumat sistemində bildirilir ki, Azərbaycan əhalisinin düyüyə olan tələbatının 80%-i idxal məhsulu hesabına təmin edilir. Başqa sözlə, əgər bu məlumat doğrudursa, qiymət müşahidəsinin nəticəsi olaraq yerli məhsulun qiymətindəki dəyişiklik orta qiymətə 20% azaldıcı, idxal məhsulunun qiymətində baş verən dəyişiklik isə 80% artırıcı təsir göstərməli idi. Hesablama buna əsasən aparılsaydı, uzun düyünün qiymətində son 1 ildə 0,6% yox, ən azı 5,5% artım qeydə alınmalıydı; məhsulun orta qiymətində isə cəmi 2 qəpiklik deyil, 20 qəpiklik bahalanma təsbit edilməliydi. Hətta bir məhsula aid statistikanın da doğru olmadığını görə biliriksə, insanları inflyasiya barədə rəsmi rəqəmlərə niyə şübhə eləməsinlər ki?

Pərakəndə satış şəbəklərindəki yerli və idxal məhsullarının həcmi, ayrı-ayrı qida məhsularının istehlakı barədə statistika şəffaf olsa, müstəqil araşdırmaçılar və jurnalistlər üçün alternativ qiymət ölçümü vasitəsilə analiz etmək daha asan olar. İndiki şərait isə qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir.
toplummedia.tv
 
 
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti