Bahalaşma davam edir: Azərbaycanda ƏDV limiti ARTIRILIR? - AKTUAL
Azərbaycanda bahalaşma daha çox özünü ərzaq və tütün məhsullarında özünü göstərir. Bahalaşma davam etdikcə, sahibkarlar (ƏDV) ödənilməməsi üçün nəzərdə tutulmuş 200 min manatlıq illik limiti keçə bilirlər. Ekspertlər tərəfindən sözügedən limitin artırılması ilə əlaqədar fikirlər səsləndirilsə də, hər hansı bir nəticə əldə olunmur. Belə olan təqdirdə Azərbaycanda ƏDV limitinin artırılmasına ehtiyac varmı yaxud belə bir artımın baş verməsi realdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun fikrincə, 200 min manatlıq ƏDV limiti mütləq şəkildə artırılmalıdır:

"Bu limiti çoxdan artırmaq lazımdır. Neçə ildir ki, ƏDV limiti 200 min manat dəyərində qalıb. Ən azı 10 ildən çoxdur ki, qiymət artımı baş verib. Bu limitin artırılmaması sahibkarlığa ciddi şəkildə ziyan vurur. Çünki kiçik və orta sahibkarların işi xeyli ağırlaşır. Vergi orqanları ilə olan görüşümüzdə bununla bağlı fikirlərimizi bildirdik. Belə bir fikir səsləndirildi ki, bununla əlaqədar düşünəcəklər. Amma konkret olaraq konkret bir söz deyilmədi".

İqtisadçı ekspert Xalid Kərimli deyib ki, Vergilər Məcəlləsində son aparılan dəyişiklər sadələşmiş verginin istiqamətini dəyişməyə yönəlib:

"Dövriyyədən asılı olmayaraq bir sıra fəaliyyətlər var ki, onlar ƏDV ödəyicisi var olmalıdır. Digər tərəfdən bir sıra sahələrdə dövriyyə məsələsi yoxdur. Məsələn: nəqliyyat və yükdaşımaları bu kateqoriyaya daxildir. Sadələşmiş verginin istiqaməti dövriyyədən çox fəaliyyətə yönəlib. Çəkməçi, foto xidmət göstərənlərə yaxud fərdi baytarlıq xidməti göstərənlər dövriyyə həcmindən asılı olmayaraq sadələşmiş vergi ödəyicisi ola bilərlər. Hökumət daha çox fərqli istiqamətə yönəlib. Yəni kiçik sayda və həcmdə sadələşmiş vergi ödəyicisi kiçik dövriyyəsi olan şəxslərə yönəlmiş olsun. Bu baxımdan güman etmirəm ki, 200 min manat limit qaldırılsın".

Ekspertin sözlərinə görə, hökumət daha çox fəaliyyətlər əsasında sadələşmiş vergi verməyə maraqlıdır:

"Bu verginin konsepsiyasında bir neçə il əvvəl dəyişiklik aparılıb. Digər bir məqam daha var. İctimai-iaşə xidmətləri sadələşmiş vergi ödəyicisi ola bilər. Onlarda sadələşmiş vergi ödəyicisi 8 faizdir. Məbləğ məhdudiyyəti burada yoxdur. Bu baxımdan düşünmürəm ki, hökumət 200 min manat limiti artırmağa maraqlı olacaq. Müxtəlif təkliflər irəli sürülür. 200 min manat limit artırılsa belə hər hansı bir vəziyyət dəyişməyəcək. Çünki çox az sayda şəxs var ki, məbləğ və dövriyyə baxımından sadələşmiş vergi ödəyicisinin istifadəsindədir. Məbləğ artırılacağı təqdirdə effektiv olmayacaq və işlərimiz rahatlaşmayacaq".
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Möhtəkirlərdən daha bir SÜNİ BAHALAŞMA - RƏSMİ İFŞA
20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı

Dünyapress TV

Xəbər lenti