Sərnişindaşıma şirkətlərindən Baş nazirə müraciət: Böhran yaşayırıq
Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib.

Toplum TV xəbər verir ki, şirkətlər məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayıblar. Onlar gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildirir:

“Tarif Şurasının 31.01.2023-cü il tarixdə keçirilən iclasında yeni tariflər təsdiq edilib və aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Dəyişiklik nəticəsində yarana biləcək vəsaitin avtobus parklarının yenilənməsinə imkan yaradacağı, xidmətin keyfiyyətinin yüksələcəyi və dayanıqlılığa müsbət təsir göstərəcəyi proqnozlaşdırılırdı. Lakin Tarif Şurasının bu qərarından sonra daşıyıcı şirkətlərə dizel yanacağına görə verilən subsidiya dayandırılıb", - məlumatda qeyd olunub.

Müraciətdə bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib: “Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk. Nəzərə alınmalıdır ki, Bakı şəhərində ictimai nəqliyyatda dizel yanacağı ilə işləyən avtobus nəqliyyat vasitələrinin payı qaz yanacağı ilə işləyən avtobusların payından xeyli çoxdur. Bundan başqa 3 ilə yaxın davam edən pandemiya sərnişindaşıma şirkətlərinə çox ciddi zərbə vurub, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. Bundan əlavə qlobal bahalaşma səbəbindən avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizədək bahalaşıb”.

Müraciətdə həmçinin 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiymətinin 33% bahalaşdığı diqqətə çatdırılıb:

“Hazırki vəziyyətdə dizel yanacağına görə verilən subsidiyanın dayandırılması bu sektorda yenidən iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmaqdadır. Bu hal iqtisadi vəziyyətimizin ağırlaşmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına gətirib çıxarır. Nəticədə bazar reallığından aşağı olan gediş haqqı və subsidiyanın kəsilməsi şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymaqla, borclanmanı daha da artıracaq və fəaliyyət imkanlarımız risk altına salacaq. Nəzərə alınmalıdır ki, nəqliyyatın inkişafı təkcə yük və sərnişin daşıma əməliyyatını yerinə yetirmir, eyni zamanda, minlərlə əhalinin nəqliyyat sahəsində işlə təmin edilməsində, əhalinin məskunlaşmasında vacib iqtisadi əhəmiyyət kəsb edir. Bu gün paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma xidməti çox ciddi iqtisadi və texniki böhranlar yaşayır”.

Toplum TV

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti