Boksçumuz erməni rəqibinə qalib gəldi
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində dörddəbir final mərhələsinə yekun vurulub.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Məhəmmədəli Aşurəliyev Armandas Kreqzdenin (Litva) ardınca Artur Avetikyana (Ermənistan) da gücünü göstərib. Birincilikdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa birinciliyinin finalçısı rəqibinə heç bir şans verməyib. Erməni boksçunu 5:0 hesabı ilə məğlub edən M.Aşurəliyev yarımfinalda iştirak hüququna yiyələnib. O, finala gedən yolda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək.

Avropa çempionumuz Məhəmmədəli Qasımzadə (57 kq) də rinqdən qalib ayrılıb. Səkkizdəbir finalda Nik Smirnovu (Almaniya) mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. M.Qasımzadə döyüşü 5:0 hesabı ilə aktivinə yazıb. Təmsilçimiz növbəti mərhələdə latviyalı Nikolayes Zamyatinslə qarşılaşacaq.

Hər iki boksçu yarımfinalda qələbə qazanmaqla özü üçün bürünc medalı da təmin edib. Bununla da mükafat qazanacağı rəsmiləşən boksçularımızın sayı 5-ə çatıb. Yarımfinal görüşləri oktyabrın 2-də olacaq.

Millimizin digər üzvlərindən Faiq Mollayev (46 kq) Tomas Vari Cona (İngiltərə), Ziya Həsənov (66 kq) isə Pavel Urbanskiyə (Polşa) məğlub olub.

Qeyd edək ki, dörddəbir final mərhələsində Nərmin Əlizadə (48 kq) də erməni rəqibi Mahur Marikyana 5:0 hesabı ilə qalib gəlib. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı Avropa birinciliyində final döyüşləri isə oktyabrın 4-də keçiriləcək.
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu
06 Aprel 2025 Mourinyonun cəzası bəlli oldu
05 Aprel 2025 UEFA Mbappeni cəzalandırdı
04 Aprel 2025 "Fənərbağça" bəyanat yaydı: Mourinyo və Okan Buruk arasında yaşananlar...
03 Aprel 2025 Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda məğlub oldu
02 Aprel 2025 Qurban Qurbanovdan hakimə etiraz: planşeti təpiklə sındırdı - ANBAAN VİDEO
02 Aprel 2025 İngiltərə Premyer Liqası: "Arsenal" azarkeşlərini sevindirdi
01 Aprel 2025 İngiltərə Kubokunda yarımfinalçılar bəlli oldu
31 Mart 2025 İspaniya La Liqası: "Barselona" "Jirona"nı darmadağın etdi
31 Mart 2025 Ançelotti Arda Güleri təriflədi
30 Mart 2025 Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu
29 Mart 2025 Sanki güzgüdə özümə baxıram: Mbappedən maraqlı yanaşma - FOTO
28 Mart 2025 UEFA "Real Madrid"in oyunçuları barəsində istintaqa başladı

Dünyapress TV

Xəbər lenti