"Qızıl top"un verilmə vaxtı açıqlandı
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.
Bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.

Mərasim sentyabrın 22-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.

Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Rodri qazanıb.
 

Dünyapress TV

Xəbər lenti